Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir

Azərbaycan ilə Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir

27.05.2016 [10:14]

Mayın 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında dövlət başçılarının müntəzəm, o cümlədən son zamanlar qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, Türkiyədə yeni hökumətin formalaşması münasibətilə təbriklərini çatdırıb. F.Məmmədov, həmçinin zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin daha da genişləndiyini, ədliyyə və məhkəmə orqanları arasında səmərəli qarşılıqlı fəaliyyəti xüsusi vurğulayıb.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən qonaq ölkəmizdə növbəti dəfə səfərdə olmağından məmnunluğunu bildirib. O, respublikamızın hərtərəfli tərəqqisinin və əldə edilən yüksək nailiyyətlərin şahidi olduğunu vurğulayıb, 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb.
Qonaqlara ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verilib. Hakimlərin tədrisinə toxunularaq qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin Türkiyədə təmənnasız nəzəri və praktiki təlimlər keçdiyi təqdir olunub.
Görüşdə hüquqi əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, faydalı təcrübə və fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31