15 İyun müasir Azərbaycan dövlətçiliyinin təməllərinin qoyulduğu gündür
14.06.2016 [10:29]
Prezident yanında Bilik Fondunda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
Hikmət Babaoğlu: Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan xalqını siyasi baxımdan yenidən təşkilatlandıraraq onun müasir dövlətçiliyinin əsaslarını qoydu
İsaxan Vəliyev: Ümummilli liderimiz Heydər Əliyevin ölkə hakimiyyətinə qayıdışı müstəqilliyimizi xilas etdi, hüquqi dövlət quruculuğunun ön plana çıxarılmasına şərait yaratdı
Dünən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu, Bilik Fondunun əməkdaşları, tələbə-gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 1990-cı illərin əvvəlində baş verən hadisələrə qısa ekskurs edən İ.Vəliyev həmin dövrdə yaranan gərgin siyasi vəziyyətlə bağlı məlumat verib. Qeyd edilib ki, 1992-ci ilin may ayında Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsinin ardından ölkədə siyasi-hərbi xaos başlanmışdı: “Həmin dövrdə həm ermənilərin ölkəmizə qarşı torpaq iddiaları, bir sıra qruplaşmaların hakimiyyət uğrunda açıq savaş aparması, eləcə də dövlət rəhbərliyini ələ keçirən insanların səriştəsizliyi Azərbaycan dövlətçiliyini uçurumun bir addımlığına gətirib çıxardı. Ölkənin bəzi regionlarında baş qaldıran açıq separatçılıq meyilləri, eləcə də hərbi gücə malik olan bir sıra dəstələrin açıq şəkildə vətəndaş qarşıdurması yaratmaq istəyi Azərbaycanı böyük bir təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır dövrdə xalqımız təkidlə Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini tələb etdi. Beləliklə, Ümummilli liderimiz Heydər Əliyevin ölkə hakimiyyətinə qayıdışı müstəqilliyimizi xilas etdi, iqtisadi gücümüzün artmasına yol açdı, neft strategiyasının başlanmasına, eləcə də milli ordunun formalaşdırılmasına, hüquqi dövlət quruculuğunun ön plana çıxarılmasına şərait yaratdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə isə Konstitusiyanın qəbulu müasir Azərbaycanın inkişaf yolunu müəyyən etdi. Ulu öndərimiz tərəfindən əsası qoyulan bu uğurlu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyinin təməllərinin qoyulduğu gündür. Beş min illik dövlətçilik tarixi olan Azərbaycan xalqının lider yetişdirmək qabiliyyətinə malik olduğunu dilə gətirən Hikmət Babaoğlu dövlətin inkişafını təmin edə biləcək amillərin - ideologiyanın, iqtisadi-siyasi əsasların olmasını, düşüncədə harmoniyanın və ən əsası, ictimai etimadın mövcudluğunun vacibliyini önə çəkib: “1993-cü ildə biz dövlət müstəqilliyimizlə vidalaşma təhlükəsi yaşayırdıq. Belə bir məqamda böyük dövlətçilik bacarığına malik, xalqı birləşdirəcək və siyasi-sosial təsisat, funksional aparat quracaq liderə ehtiyac yaranmışdı. Bu şəxsiyyət isə Ulu öndər Heydər Əliyev idi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan xalqını siyasi baxımdan yenidən təşkilatlandıraraq onun müasir dövlətçiliyinin əsaslarını qoydu. Təbii ki, hər bir yeni başlanğıc özü ilə bərabər cəmiyyətə yeni ideyalar, ideologiyalar, mədəniyyət və yanaşma, eləcə də yeni düşüncə gətirir. 1993-cü ildə biz bu mərhələni yaşayırdıq. Bu yeniliklər içində bir növ milli və etnik kimliklə bağlı xaotik hal yaşanırdı. Həmin dövrdə cəmiyyətdə sosial, mədəni kimliklə bağlı bir axtarış vardı. Ulu öndər Heydər Əliyev cəmiyyətə onun birliyini təmin edəcək ideyanı təqdim etdi. Bu impulslar o qədər dəqiq ünvana yönləndirilirdi ki, Azərbaycan cəmiyyəti bunun ətrafında birləşməyə başladı. Nəticə etibarı ilə bir müddətdən sonra Ulu öndərimiz tərəfindən azərbaycançılıq ideologiyası cəmiyyətə təqdim olundu. Bu, Azərbaycandakı bir sıra ayırıcı, dağıdıcı, separatçılığa xidmət edə biləcək meyillərin qarşısını almağa xidmət göstərdi. Bu mərhələdə artıq cəmiyyətin vahid maraqlar ətrafında bir olduğunun şahidinə çevrildik. Artıq Azərbaycan vətəndaşı özünü öz milli dövləti ilə identifikasiya edirdi. Bu isə milli dövlətçiliyimizin möhkəmlənməsinə şərait yaratdı”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunədir: “Azərbaycanın multikulturalizm modeli birləşdirici faktordur. Ulu öndər Heydər Əliyevin rəhbəri olduğu azərbaycançılıq ideologiyası vətəndaşa vətəndaş kimliyini, mədəni-sosial kimliyini təlqin etdi. Bu gün Azərbaycan multikulturalizminin bu səciyyəvi xüsusiyyəti onu dünya üçün cəlbedici edir. Amma bu gün özünü demokratiya nümunəsi adlandıran bir sıra Qərb ölkələrində daha çox assimilyativ və aqressiv multikulturalizmin şahidi oluruq. Son proseslərdə bu, aydın şəkildə görünür. Bunun da fəlsəfəsinin arxasında siyasi iradə məsələsi dayanır. Azərbaycanda siyasi iradə bu gün birləşməyə, milli maraqlar ətrafında cəm olmağa köklənib. Bu gün Prezident İlham Əliyevin apardığı siyasi kurs milli maraqlarımızın qorunmasına xidmət göstərir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə milli dövlətçilik ənənəsi inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs uğurla davam və inkişaf etdirilir. Azərbaycanın qüdrətli inkişafı məhz 15 iyundan başlayır. O gündən etibarən Azərbaycanın idarəçiliyi əmin, etibarlı əllərdədir. Ölkəmizin özünəməxsus unikal, milli maraqlara xidmət edən xarici siyasəti formalaşıb, iqtisadi inkişafımız davamlı hal alıb”.
Sonda tədbirdə iştirak edən tələbə-gənclərə millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlunun “Heydər Əliyev siyasi irsinin politoloji əsasları” dərsliyi təqdim edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

