Tələbə Qəbulu üzrə Regional Bölmənin binası istifadəyə verilib
30.06.2016 [10:03]
İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Tədbirdə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin direktoru Sabir Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm tədbirlər görülür, müasir təhsil infrastrukturu yaradılır. Bunun nəticəsində orta məktəblərdə tədrisin səviyyəsi yaxşılaşıb, hər il ali və orta ixtisas məktəblərinə qəbul sayında artım olub. Muxtar respublikada sənəd qəbulu və qəbul imtahanlarının keçirilməsindəki çətinliklər də aradan qaldırılıb, regional bölmədə imtahanların keçirilməsi üçün təcrübə və baza formalaşıb. Bölmənin inzibati binasının yenidən qurularaq istifadəyə verilməsi fəaliyyətin bundan sonra daha səmərəli təşkilinə imkan verəcəkdir. Sabir Məmmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binasının yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublika üçün vacib təşkilatlardan olan Tələbə Qəbulu üzrə Regional Bölmə 2009-cu ildən fəaliyyət göstərir. Ötən dövrdə bölmə inkişaf edərək fəaliyyət dairəsini xeyli genişləndirmişdir. Bu gün regional bölmə muxtar respublikada təhsilin bütün pillələri üzrə qəbul imtahanları keçirir. İl ərzində bölmə tərəfindən keçirilən qəbul imtahanlarında 20 mindən çox şagird, abituriyent və bakalavr iştirak edir. Muxtar respublika üzrə 650 nəzarətçi müəllim, 60 imtahan rəhbəri bölmədə fəaliyyət göstərir. Həmçinin bölmədə keçirilən monitorinq imtahanlarının nəticələrini yoxlamaq üçün 80 müəllimdən ibarət ekspertlər bazası yaradılmışdır. Bütün bunlar nəzərə alınaraq bölmənin inzibati binasında yenidənqurma işləri aparılmış, müasir iş şəraiti yaradılmışdır.
Ali Məclisin Sədri uğurlu fəaliyyətinə görə bölmənin kollektivinə təşəkkür edərək deyib: Tələbə Qəbulu üzrə Regional Bölmənin qarşısında mühüm vəzifələr durur. Bölmə fəaliyyətini daha da genişləndirməli, nəzarətçi və imtahan rəhbəri olan müəllimlərlə iş düzgün qurulmalıdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə ana dili və riyaziyyat fənləri üzrə monitorinqlər aparılmalı, muxtar respublikanın ümumtəhsil məktəbləri müəllimlərinin sınaq-test imtahanları üzrə sualların hazırlanmasında iştirakı təmin edilməli, dərsliklər üzrə təkliflər hazırlanmalıdır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, əsaslı şəkildə yenidən qurulan binaya bir mərtəbə də əlavə olunub. 3 mərtəbəli binada sənədlərin qəbulu, seminar, sual kitabçalarının ekspertizası və iclas zalları, arxiv və iş otaqları yerləşir. Binada qeydiyyat üçün elektron köşk qoyulub, 12 kompyuter quraşdırılıb və internetə qoşulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərsliklərin və dərs vəsaitlərinin monitorinqi aparılarkən internet üzərindən birbaşa əlaqə yaradılır və ixtisas müəllimlərinin müzakirələrdə iştirakı təmin edilir.
Binanın həyəti də abadlaşdırılıb, yeni işıqlandırma sistemi quraşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

