/ / Bahar Muradova: Münaqişənin həlli prosesinə təkan verilməsi üçün ATƏT-in bütün institutları bərabər və səmərəli şəkildə işləməlidir
Bahar Muradova: Münaqişənin həlli prosesinə təkan verilməsi üçün ATƏT-in bütün institutları bərabər və səmərəli şəkildə işləməlidir
02.07.2016 [09:48]
ATƏT Parlament Assambleyasının Tbilisidə işə başlayan 25-ci sessiyası çərçivəsində iyulun 1-də qurumun daimi komitəsinin iclası keçirilib.
Büro üzvlərinin, xüsusi məruzəçilərin və nümayəndə heyətləri rəhbərlərinin iştirak etdikləri tədbirdə sessiyanın gündəliyi, görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub, məruzələr, sədrin xüsusi nümayəndələrinin hesabatları dinlənilib.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iclasda müzakirə olunan məsələlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə ətrafında müzakirələrdə çıxış edib.
Bahar Muradova jurnalistlərə müsahibəsində deyib: “Biz Azərbaycan nümayəndə heyəti olaraq komitə iclaslarında və sessiyalarda müzakirə olunan məsələləri daim diqqətdə saxlayırıq. Azərbaycan ilə bağlı bütün məsələlərə aydınlıq gətiririk. Bugünkü komitə iclasında da ATƏT sədrinin məruzəçisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məlum aprel hadisələri barədə qısa məlumat verdi. Lakin mən komitə üzvlərinin məsələ ilə bağlı daha dolğun məlumatlandırılmasını vacib saydım və aprel hadisələrinin səbəb və nəticələri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarının bəzi detalları barədə məlumat verdim. Bildirdim ki, mövcud status-kvo Ermənistandan başqa heç kimi qane etmir. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi, problemin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir, bununla bağlı müxtəlif addımlar atır”.
Bahar Muradova atılacaq addımların ATƏT-in bütün institutları ilə bərabər səviyyədə koordinasiya olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, sülh danışıqlarının davam etdiyi bir vaxtda tərəflərin də hərəkətlərində müəyyən dəyişikliklər edilməlidir. O, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həllinə dəstək verdiyini diqqətə çatdırıb: “Mən Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırdım və ərazilərimizin mərhələli şəkildə olsa da işğaldan azad edilməsinin tərəfdarı olduğumuzu vurğuladım. Bildirdim ki, Ermənistan tərəfi bunu da birmənalı şəkildə rədd edərək danışıqlar prosesini əngəlləyir”.
Mili Məclis sədrinin müavini bunların aradan qaldırılması, ümumi prosesə təkan verilməsi üçün ATƏT-in bütün institutlarının bərabər və səmərəli şəkildə işləməsinin vacibliyini vurğulayıb.
Bahar Muradovanın çıxışı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin ruhuna uyğun mövqe kimi dəyərləndirilib və nümayəndə heyətləri tərəfindən dəstəklənib.
Ermənistan nümayəndələri isə yenə də heç bir fakta əsaslanmayan fikirlər səsləndirib. Onların çıxışları ciddi qarşılanmayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

