Azərbaycanın Baş nazirinin müavininə Yaponiyanın geniş lentli “Gündoğar” ordeni təqdim edilib
14.07.2016 [10:10]
İyulun 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifova Yaponiya hökumətinin 2016-cı il Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatının təqdim olunması mərasimi keçirilib.
Xatırladaq ki, cari ilin aprelində Yaponiya Hökuməti 2016-cı ilin Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatı ilə təltif olunan 91 xarici şəxsin adını elan etmişdi. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov da təltif olunanlar arasındadır.
Baş nazirin müavini Yaponiya-Azərbaycan dostluq münasibətlərinin, xüsusilə iqtisadiyyat sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün verdiyi töhfələrə, eləcə də iki ölkə arasında qarşılıqlı anlaşmanın təşviqinə görə geniş lentli “Gündoğar” ordeni ilə təltif olunub.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi tədbirdə çıxış edərək bildirib ki, Abid Şərifov Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri kimi hər zaman iki ölkə arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsinə çalışıb, dəfələrlə Yaponiyaya səfər edib.
Qeyd olunub ki, geniş lentli “Gündoğar” ordeni Yaponiya hökumətinin xarici vətəndaşlara təqdim etdiyi mükafatlar arasında ən ali səviyyəlisidir. Bu orden 2016-cı il bahar mövsümündə təltif edilmiş 91 nəfərdən yalnız yeddisinə təqdim olunub. Təltifnamə İmperator Akihito və Baş nazir Şinzo Abe tərəfindən imzalanıb.
Baş nazirin müavini Abid Şərifov bu yüksək dövlət mükafatına görə Yaponiya hökumətinə təşəkkür edib. Dəfələrlə Yaponiyada olduğunu deyən Baş nazirin müavini yapon xalqının qonaqpərvərliyindən, zəhmətsevərliyindən söz açıb. Bildirib ki, Yaponiyanın ən böyük sərvəti məhz onun insanlarıdır.
Baş nazirin müavini Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə dərinləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri əlaqələrimizi daha da möhkəmləndirdi və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdi.
Abid Şərifov Yaponiya kreditləri hesabına Azərbaycanda həyata keçirilən layihələrin önəmindən də bəhs edib. O, Yaponiya hökumətinin ölkəmizdə müxtəlif sahələrdə kadrların hazırlanmasına verdiyi dəstəyi, yapon şirkətlərinin fəaliyyətini xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

