/ / Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
23.07.2016 [10:25]
Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Neçə illərdir davam edən bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı Fərman imzalayıb. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul günü həmin vaxtdan hər il ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Mətbuata dövlət qayğısı ənənəsini Prezident İlham Əliyev də yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Azərbaycan Mətbuat Şurasının və KİV-lərin nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Bildirib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi yaradıcılığın təməl prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
Vurğulanıb ki, Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son illər Azərbaycanda medianın inkişafı, söz və fikir azadlığının təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə mətbuata dövlət qayğısı davamlı prosesdir. Prezident İlham Əliyevin iyulun 21-də imzaladığı Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında və mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar bunun daha bir göstəricisidir.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

