Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində sona qədər Azərbaycanın yanındadır
15.05.2009 [14:05]
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iki gün öncə ölkəmizə reallaşan səfəri bir neçə əsas məqamlarla müşayiət olundu. Hər zaman olduğu kimi, bu görüşdə də müzakirə obyektləri və mövzular rəngarəng idi. Əsas diqqət mərkəzində olan məsələlər - Türkiyə-Ermənistan münasibətləri, bu ölkələr arasında sərhədlərin açılması məsələləri və Dağlıq Qarabağ münaqişəsi idi. Bir neçə ay idi ki, böyük türk dünyasında çox narahatlıqla izlənilən prosesə bir müddət öncə Türkiyə rəsmiləri tərəfindən aydınlıq gətirilsə də, baş nazirin Bakı səfəri bütün şübhələri darmadağın etdi. R.T.Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində sona qədər Azərbaycanın yanındadır və bu iki qardaş ölkə bir-birilərinin milli maraqlarına zərbə vuracaq hansısa addım atmayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasında hər zaman əlaqələrin yüksək templə inkişaf etdiyini önə çəkdi və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlar prosesinin Türkiyə hökuməti tərəfindən də maraqla izlənildiyini bildirdi: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında mən hörmətli cənab Baş nazirə öz fikirlərimi bildirdim. Onu da qeyd etmək istəyirəm ki, yəqin bu, heç kim üçün sirr deyil, son aylar ərzində Azərbaycan cəmiyyətində müəyyən mənada bir narahatlıq hissləri var idi. O hisslərin yəqin ki, müəyyən təbii səbəbləri də var idi. Ancaq ən önəmlisi odur ki, hesab edirəm və bu gün mən üzümü Azərbaycan xalqına tutub bunu demək istəyirəm ki, heç bir şübhə üçün yer qalmadı”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da öz çıxışında münasibətlərin ulu öndər Heydər Əliyevin müəllifi olduğu “bir millət, iki dövlət” tezisi istiqamətində inkişaf etdiyini dedi. R.T.Ərdoğan bir müddət öncə baş verən narahatlıqlara da aydınlıq gətirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmayınca Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz: “Mən Türkiyədə parlamentdəki qrup danışıqlarında bunu dəfələrlə açıqladım. Eyni zamanda, televiziya proqramlarında açıqladım. Londonda iştirak etdiyim “Böyük 20-lər”in zirvə toplantısından sonra keçirdiyim mətbuat konfransında yenə eyni şəkildə açıqladım. İsrarla üzərində dayandığım məsələ budur - bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!”
Baş nazir R.T.Ərdoğan münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunmaqla, ümumi prosesin Türkiyə hökuməti tərəfindən hər zaman diqqətdə saxlandığını nümayiş etdirdi: “Təbii ki, burada digər bir atılmalı olan addım Minsk Qrupu üçlüyünün - ABŞ, Rusiya, Fransa - 18 ildir sürən müzakirələri sürətləndirməsi və qısa bir zamanda nəticə əldə olunması vacibdir. Burada da, yenə inanıram ki, son qərar dəyərli qardaşım Əliyevlə Ermənistan Prezidenti S.Sarkisyanın görüşlərində əldə ediləcəkdir. Ondan sonra bizim də üzərimizə bir vəzifə düşərsə, həmin vəzifəni icra edərik”.
Baş nazir R.T.Ərdoğan Azərbaycan Milli Məclisindəki çıxışında da Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında yer aldığını və bəzi qüvvələrin fitnə-fəsad yaratmaq istədiklərini, yalnız heç bir uğur əldə etmədiklərini diqqətə çatdırdı: “Təəssüf ki, son dönəmlərdə spekulyativ və yalan xəbərlər səbəbindən qardaşlığımızın kölgələnməyə çalışılmasına şahid olduq. Bir stəkan suda fırtına qoparıldı. Bir saytın ermənicə bölümündə yayımlanan uydurma xəbər səbəbindən dost və düşmən ölkələrin diqqəti buna yönəldi. Can qardaşlarım! Türkiyənin Qarabağdan vaz keçməsini demək belə ayıbdır. Bu iftiranı bir daha rədd edirəm. Bu yalan xəbərlər üzərinə bəzi açıqlamalar verildi. Mən öz parlamentimdə, öz qrup toplantılarımda, İngiltərədəki çıxışımda bunu təkzib etdim”.
Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ən böyük maneə Ermənistanın işğal siyasəti və Dağlıq Qarabağ münaqişəsidir: “Güvənsizlik və dondurulmuş münaqişələr Qafqazda sülhün və əməkdaşlığın bərqərar olmasına əngəldir. Bu problemlərin ən böyüyü, bizə görə, Qarabağ məsələsidir. Türkiyənin Dağlıq Qarabağ siyasəti açıq və konkretdir. Siyasətimizdə heç bir dəyişiklik olmayıb. Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini istəyirik və belə davam edəcəyik”.
Digər tərəfdən baş nazir ötən ay ABŞ prezidenti Barak Obamanın Ankaraya səfəri zamanı da Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə iqtidarı ABŞ rəsmilərə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın milli maraqlarının əleyhinə heç bir addım atmayacağını qəti şəkildə bildirib: “ABŞ prezidenti Obama ilə müzakirələrdə də birinci məsələ Türkiyə-ABŞ münasibətləri deyil, Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsi oldu. Bu mövzudakı mövqeyimizi tərəfdaşımıza anlatdıq və problemin həllinə dəstək vermələrini istədik. Qarabağ məsələsi ABŞ-ın xarici siyasət gündəminə daxil oldu. Azərbaycanın milli mənafelərinə xələl gətirəcək addımlar atmadıq, bundan sonra da atmayacağıq. Bu zamana qədər Azərbaycan xalqının mənafelərini gözardı etmədik, bundan sonra da etməyəcəyik. Azərbaycanın üzüntüsü üzüntümüz, sevinci sevincimizdir. Hər kəs rahat olsun. İşğal bitmədən, arzu edilən sülhün təsisinin mümkün olmadığını bütün bölgə ölkələri bilir. Qarabağ məsələsində irəliləmə olmadan Cənubi Qafqazda sabitlik mümkün deyil. Bunu hər kəsə söylədik. Bunu beynəlxalq birliyin gündəliyinə daxil etdiyimiz üçün məmnunuq. Dağlıq Qarabağ probleminin səbəb olduğu nəticə də gözardı edilməyib və edilməyəcək. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yönündə irəliləyiş olmasının şərti Qarabağ məsələsində irəliləyiş olmasıdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

