Müsavat Partiyasında yeni istefalar
04.08.2016 [10:00]
Saxta yollarla partiya sədrliyini ələ keçirən Arif Hacılı söz azadlığını pozmaqda ittiham edilir
Artıq uzun müddətdir ki, siyasi palitrada görünməz olan, siyasi proseslərə hətta münasibət bildirmək iqtidarında olmayan radikal müxalifət partiyalarında vəziyyət acınacaqlı hal alıb. Bir zamanlar düşərgədə monopolistlik uğrunda mübarizə aparan təşkilatları bürüyən istefa dalğası son iki ildə onları da “cırtdan” partiyaya çevirib. Belə ki, AXCP-də yaşanan kütləvi istefalardan sonra Razi Nurullayevin rəhbərliyi altında partiyanın Etimad Qurultayı keçirildi və bir sıra rayon təşkilatları yeni qurumda birləşmək haqqında qərar verdilər. Məhz bu parçalanma Əli Kərimlinin nəzarətində olan AXCP-nin sosial şəbəkə dəstəsinə çevrilməsinə gətirib çıxardı.
Analoji hal Müsavat Partiyasında da müşahidə edildi. Belə ki, 2014-cü ildə keçirilən qurultayda baş verən saxtakarlıqlar partiya üzvləri tərəfindən etirazla qarşılandı. Arif Hacılının saxta yollarla sədr elan edilməsi, İsa Qəmbərin isə bu saxtakarlıqlarda rol oynaması partiyadaxili parçalanmanı sürətləndirdi. Qubad İbadoğlunun başçılıq etdiyi fraksiya partiyadan ayrılaraq “Demokratiya və Rifah Hərəkatı” yaratdıqlarını elan etdi. Sonra isə qurultayın nəticələrinin saxta olduğunu bəyan edən tərəf Arif Hacılını və onun komandasını məhkəməyə verdi, nəticələrin ləğvini tələb etdi.
Bu ilin may ayında isə Müsavat Partiyasında yenidən istefalar başladı. Partiya daxilində “AĞ blok” adlı fraksiya yaradaraq Arif Hacılının apardığı siyasi kursa etiraz edən Tural Abbaslı və tərəfdarları “Müsavat”dan ayrıldıqlarını elan etdilər. Tural Abbaslının istefasından sonra isə Əhəd Məmmədli və Rüfət Hacıbəyli də partiyadan çıxdılar. Bundan sonra isə istefalar kütləviləşdi. Onlarla gənc Arif Hacılıya etiraz əlaməti olaraq “Müsavat”dan getdiklərini bəyan etdilər.
Bu günlərdə isə Müsavat Partiyasında növbəti istefa dalğası yaşanıb. “Yeni Müsavat” qəzetinin əməkdaşları, eləcə də Müsavat Partiyasının üzvləri Azər Ayxan, Ələsgər Süleymanov, Elşad Paşasoy və Etibar Seyidağa partiya sıralarından çıxdıqlarını bəyan ediblər. Bununla bağlı açıqlama yayan A.Ayxan Müsavat Partiyasının rəhbəri Arif Hacılının heç bir fakta əsaslanmayan ifadələrinə, iftira və böhtanlarına görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğu Müsavat Partiyasındakı fəaliyyətini dayandırdığını qeyd edib.
O deyib ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut edib. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatlayıb.
Qeyd edək ki, bu istefalar bir daha radikal düşərgə partiyalarının fiaskoya uğradığını, partiya rəhbərlərinin isə yalanlarının ifşa edildiyini təsdiqləyir. Radikal düşərgə partiyalarını özlərinin şəxsi kooperativinə çevirən partiya sədrlərinin xarici anti-azərbaycançı dairələrin maliyyəsi qarşılığında hərəkət etdiyi, “radikal müxalifət” görüntüsü altında hətta milli maraqlara qarşı cəbhə aldığı təşkilat üzvləri tərəfindən də etiraf olunur. Hər zaman “demokratiya” sözünü dilinin əzbərinə çevirmiş bu şəxslərin hər biri seçki saxtakarlığında, antidemokratik idarəçilikdə, söz azadlığına qarşı olmaqda ittiham edilir. Göründüyü kimi, ötən 2 il Müsavat Partiyasının əsl simasını və düşdüyü durumu tam çılpaqlığı ilə gözlər önünə sərdi. Hər zaman müsavatçılıq ideologiyasını özünə qalxan seçərək bu ideologiyanı istismar edən və onu manipulyasiya vasitəsinə çevirən partiya rəhbərləri öz addımları ilə “Müsavat” adlanan siyasi təşkilatda monolit birliyin, qarşılıqlı etimadın olmadığını, qrup maraqlarına xidmət göstərdiklərini bir daha nümayiş etdirdilər. Bir sözlə, partiyada illərdir ki, davam edən intriqalar, qruplararası çəkişmələr artıq əsl mənzərəni üzə çıxarır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

