İstanbulda Sultan Səlim Yavuz asma körpüsünün açılış mərasimi olub
27.08.2016 [10:16]
Mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edib
Avqustun 26-da İstanbulda dünyanın ən enli asma körpüsünün istifadəyə verilməsi ilə bağlı rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.
Körpünün rəmzi açılışını bildirən lent kəsilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, parlamentin sədri İsmail Kahraman, Türkiyənin on birinci Prezidenti Abdulla Gül, sabiq Baş nazir Əhməd Davudoğlu və digər şəxslər açılış mərasimində çıxış ediblər.
Çıxışlarda AKP hakimiyyəti dövründə Türkiyənin əldə etdiyi nailiyyətlərdən, ölkədəki ictimai-siyasi vəziyyətdən, Yavuz Sultan Səlim körpüsünün istifadəyə verilməsinin əhəmiyyətindən, perspektiv layihələrdən və digər məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, istifadəyə verilən dünyanın ən enli asma körpüsü AKP hakimiyyətinin əldə etdiyi böyük uğurlar sırasındadır.
Məlumat verilib ki, IX Osmanlı padşahı Yavuz Sultan Səlimin adı verilən körpünün eni 59 metr, uzunluğu 1408 metrdir. Bu, dünyanın ən geniş və uzun rels sisteminə malik asma körpüsüdür. Avropa ilə Asiya qitəsini birləşdirən bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Tikintisinə 3 milyard ABŞ dolları məbləğində vəsait xərclənən bu körpüdə Avropa ilə Asiya arasında hərəkət edən avtomobillərin keçidi bir müddət pulsuz olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25

