/ / Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov etimadnaməsini İspaniya Kralı VI Felipeyə təqdim edib
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov etimadnaməsini İspaniya Kralı VI Felipeyə təqdim edib
10.09.2016 [11:33]
Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov sentyabrın 8-də İspaniya Kralı VI Felipeyə etimadnaməsini təqdim etmək üçün Kral Sarayında bu səbəblə təşkil edilmiş xüsusi mərasimdə iştirak edib. Xüsusi mərasimdən sonra səfir A.Məhərrəmov etimadnaməsini təqdim edib.
Etimadnamə təqdim edildikdən sonra Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən, artıq səfir qismində təyin olunması münasibətilə təbrik edib. Daha sonra səfir A.Məhərrəmov Kral VI Felipenin müşayiəti ilə səfirlərlə görüş üçün ayrılmış xüsusi otağa dəvət olunub.
Görüş zamanı Kral VI Felipe səfir A.Məhərrəmovu bir daha salamlayaraq, ona gələcək fəaliyyətində uğurlar diləyib. Kral VI Felipe İspaniyanın Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və bu baxımdan Azərbaycanda gedən inkişaf tempini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini yaxından izlədiyini qeyd edib.
Öz növbəsində səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Kral VI Felipeyə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Kral VI Felipeyə və bütövlükdə Kral ailəsinə çatdıran səfir A.Məhərrəmov Prezidentin adından Kral VI Felipeni ona uyğun bir zamanda Azərbaycana səfər etməyə dəvət edib.
Kral VI Felipe səmimi salamlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək, onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Kral VI Felipe ölkəsində hazırda davam edən siyasi böhranla bağlı məlumat verərək, bu il oktyabr ayının 31-dək siyasi partiyalar arasında hər hansı bir razılıq əldə olunmasa, cari ilin dekabr ayında növbədənkənar üçüncü seçkilərin keçiriləcəyini və bu səbəbdən cari ildə öz gündəliyinə hər hansı bir xarici səfəri daxil edə bilməyəcəyini təəssüflə qeyd edib. Bununla belə, ölkəmizə böyük marağı olduğuna görə yaxın gələcəkdə Azərbaycana məmnuniyyətlə səfər etmək arzusunda olduğunu xüsusilə vurğulayıb.
Daha sonra Kral VI Felipe ölkəmiz üçün həssas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son zamanlarda təmas xəttində yaranmış gərgin vəziyyətlə maraqlanıb. Öz növbəsində səfir A.Məhərrəmov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İspaniya dövlətinin tutduğu ədalətli və prinsipial mövqeyinə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirərək cari ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və onun acı nəticələri barədə Krala ətraflı məlumat verib. Səfir A.Məhərrəmov bildirib ki, məhz Ermənistanın münaqişə ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe, məsələnin bu günədək həll olunmaması və sülh danışıqlarının süni şəkildə pozulması nəticəsinə gətirib çıxarıb. Kral VI Felipe Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyinin dəyişilməz olaraq qaldığını və münaqişənin tezliklə məhz bu prinsip əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.
Daha sonra Kral VI Felipe cari ilin avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Olimpiya Oyunlarında ölkəmizin əldə etdiyi uğurlu nəticələrlə əlaqədar təbriklərini çatdırıb və bunu ölkəmizdə idmana göstərilən diqqətin təzahürü kimi qiymətləndirib. Səfir A.Məhərrəmov xoş sözlərə görə təşəkkürünü bildirərək, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrin, o cümlədən idman, turizm və mədəniyyət sahələrinin inkişafına da xüsusi diqqət göstərildiyini bildirib və bu baxımdan son illər ərzində ölkəmizdə beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyinin buna misal olduğunu bildirib. Səfir A.Məhərrəmov ölkəmizin cari ildə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, Formula-1 Avropa Qran-prisinə uğurla ev sahibliyi etdiyini qeyd edərək, hazırda Bakıda keçirilən 42-ci Beynəlxalq Şahmat Olimpiadasının, habelə sentyabr ayının sonlarında keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs edib. Bununla yanaşı, ölkəmizdə tolerantlığa və mədəniyyətlərarası dialoqa xüsusi önəm verildiyini bildirən səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xüsusi vurğulayıb.
Kral VI Felipe verilən məlumatlara görə səfir A.Məhərrəmova təşəkkürünü bildirib və məlumatlardan göründüyü kimi, Azərbaycan Respublikasının qısa zaman ərzində əldə etdiyi uğurlu nəticələr sayəsində Cənubi Qafqaz regionunda lider ölkəyə çevrildiyinin təsadüfi olmadığını qeyd edib.
Daha sonra A.Məhərrəmov ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından İspaniya Krallığının Azərbaycanda səfirliyinin təsis olunmasının əhəmiyyətini qeyd edib. Kral VI Felipe bununla həmfikir olduğunu bildirərək, İspaniya Hökuməti tərəfindən xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların bəzilərində ixtisarların aparılacağını və bununla da günün tələblərinə uyğun olaraq daha çox maraq kəsb edən digər ölkələrdə, o cümlədən Cənubi Qafqaz regionu üzrə məhz Azərbaycanda İspaniya səfirliyinin təsis edilməsi məsələsinə baxılacağını bildirib. Səfir A.Məhərrəmov bunun tezliklə baş tutacağına ümidvar olduğunu bildirərək, ölkələr arasında əlaqələrin hərtərəfli inkişafı baxımından dövlət başçılarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıb. Kral VI Felipe bu fikirlə tam razı olduğunu bildirərək, bu baxımdan səfir A.Məhərrəmova fəaliyyətində uğurlar arzulayıb.
Sonda bir daha səfir A.Məhərrəmov Kral VI Felipeyə səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə, həmçinin İspaniyanın xarici işlər və əməkdaşlıq naziri vəzifəsini icra edən Xose Manuel Qarsia-Marqayo da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

