Hikmət Babaoğlu: Venesiya Komissiyasının rəyi qeyri-obyektiv və əsassızdır
23.09.2016 [10:26]
“İlk növbədə, qeyd etmək lazımdır ki, Venesiya Komissiyası Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumla bağlı rəy hazırlayarkən qeyri-obyektiv olub, referenduma təqdim olunan məsələləri öyrənməyib, referendumu zəruri edən səbəbləri araşdırmayıb və bu rəyi hazırlayarkən həm Avropa Şurasının öz daxili prosedurlarını pozub, həm də milli dövlətin hüquqi maraqlarını nəzərə almayıb”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, sözügedən rəy tamamilə qərəzlidir və obyektiv qəbul edilə bilməz: “Çünki hər bir ölkənin, suveren dövlətin milli hüquq sistemini yeniləşdirməsi, insan hüquqları ilə bağlı təminatı daha da yaxşılaşdırması, idarəetməni tələb olunan şərtlər içərisində daha da optimallaşdırması onun daxili işidir. Belə məsələlər Venesiya Komissiyasına təqdim olunacaq və ondan rəy alınacaq məsələlər deyil. Çünki hər bir milli dövlətin içərisində hüquq yaradan əsas onun daxili, sosial, siyasi və hüquqi sifarişindən yaranır. Konstitusiya kimi əsas qanunlara düzəliş xalqın iradəsi ilə, ümumxalq referendumu vasitəsilə həyata keçirilir. Başlıca meyar da məhz bundan ibarətdir. Çox təəssüf ki, Venesiya Komissiyası bütün bunları nəzərə almayıb”.
H.Babaoğlu deyib ki, bu vaxta qədər şahidi olmayıb ki, Avropa Şurasına üzv olan hansısa ölkədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləndə Venesiya Komissiyası buna rəy versin və yaxud həmin ölkə sözügedən komissiyaya müraciət etsin: “Çünki belə məsələlərlə bağlı milli dövlət kimi bizim Avropa Şurası qarşısında heç bir öhdəçiliyimiz yoxdur. Heç bir beynəlxalq müqavilədə referendum keçirilən zaman Avropa Şurası ilə məsləhətləşmələr tövsiyə edilmir. Azərbaycanın belə bir öhdəçiliyi də yoxdur. Ona görə də Venesiya Komissiyasının hazırkı mərhələdə Azərbaycanı daha da gücləndirəcək, onu beynəlxalq qlobal təhdidlərdən məhz hüquqi müstəvidə müdafiə edəcək, Azərbaycanda idarəetməni daha da təkmilləşdirəcək institutların yaranmasına bu şəkildə reaksiya verməsi təəccüb doğurur. Bu da bizi sövq edir ki, burada başqa məqsədlərin olduğunu düşünək.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, vətəndaşların aktiv və passiv hüquqlarının daha keyfiyyətli şəkildə həyata keçirilməsinə, Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsinə xidmət edəcək. Təklif olunan əlavə və dəyişikliklərin içərisində 29 maddədən 16-sı insan hüquq və azadlıqları ilə bağlıdır. Əslində, Venesiya Komissiyası insan hüquqları üzrə ixtisaslaşmış bir komissiya kimi bunları təqdir etməlidir, nəinki buna mənfi rəy verməlidir”.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

