Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını qeyd ediblər
03.06.2009 [15:22]
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçək dəstələri düzülüb. Sonra “Holiday İnn” mehmanxanasında mərasim keçirilib.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin də iştirak etdiyi mərasimdə aviatorlar marşı səslənib, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov peşə bayramı münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən iki nəfərə ali dövlət mükafatını təqdim edib.
Yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Mülki Aviasiya Administrasiyasının (AMAA) direktoru Arif Məmmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkə aviatorları 2006-cı ildən başlayaraq peşə bayramlarını qeyd edirlər. Bu gün həm də Azərbaycan Mülki Aviasiyasının həyatında tarixi bir gündür, ölkəmizin mülki aviasiyasının 71 yaşı tamam olur.
Mülki aviasiyamızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini vurğulayan məruzəçi deyib ki, aviatorlar aviasiyamızın milli strategiyasının əsl memarı olan ulu öndərə həmişə minnətdar olacaqlar. ölkəmizdə mülki aviasiyamızın inkişafına, infrastrukturunun təkmilləşdirilməsinə, aviaparkın yeniləşməsinə Prezident İlham Əliyevin qayğı və diqqəti olduqca böyük əhəmiyyətə malikdir.
Mülki aviasiyanın ötən bir illik qısa tarixinə nəzər salan A.Məmmədov qeyd edib ki, 2008-ci ildə “AZAL” Qapalı Səhmdar Cəmiyyəti yaranıb və bu cəmiyyətin, onun strukturunun formalaşması başa çatıb. İki müasir aeroport - “Lənkəran” və “Zaqatala” hava limanları yenidən qurulub və istismara verilib. Milli aviaşirkətimizin parkına daxil olan “ATR-42” və “ATR-72” təyyarələri üçün uçuş heyətinin hazırlanması uğurla davam edir və yay mövsümündə onlar tam həcmdə istismar ediləcək. Qısa müddətdə - 2005-2008-ci illər ərzində şirkətlərimizin aviaparkı “Airbus-319”, “ATR-42-500” və “ATR-72-500” tipli yeni sərnişin təyyarələri, müasir mühərriklərlə təchiz edilib, “İL-76” yük təyyarələri və müasir “Evrokopter” vertolyotları ilə təzələnib. “An-12” və “İL-76” təyyarələrini istismar edən “Silk Way” yük şirkəti “Boinq-747” hava gəmisini parkına daxil edib və onun istismarına başlayıb.
Məruzəçi qeyd edib ki, ötən il fəaliyyətə başlayan Dövlət Mülki Aviasiya Administrasiyası mülki aviasiya sahəsinin hüquqi bazasının formalaşması məqsədi ilə ötən il ərzində bir çox qaydaları təzələyib, aviasiya sahəsinin təməlinin möhkəmlənməsinə, uçuşların təhlükəsizliyinə yönəldilən sənədlər işləyib hazırlayıb. Bu il İKAO tərəfindən keçirilən təkrar audit zamanı görülən işlərə yüksək qiymət verilib. İndi EKAG və FAA tərəfindən keçiriləcək auditlərə hazırlıq prosesi gedir.
Hazırda ölkəmizin EVROCONTROL-a üzv olması üçün müzakirələr aparıldığını deyən A.Məmmədov bildirib ki, Azərbaycan ümumdünya Mülki Aviasiya sistemində 20-dən artıq beynəlxalq konvensiyaya qoşulub və daha iki konvensiyaya qoşulmaq barədə müzakirələr aparılır. 2008-ci ildə beynəlxalq təşkilatların bir neçə seminarı Bakıda keçirilib. Bir neçə gündən sonra mülki aviasiya üzrə Baku Kaspian Karqo Sammitinin üçüncü iclası öz işinə başlayacaq. Oktyabrın 7-8-də EKAG aviasiya təhlükəsizliyi üzrə seminarın Bakıda keçirilməsini nəzərdə tutub. Bu cür tədbirlərin Bakıda keçirilməsi aviasiya sahəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına zəmin yaradır. Bu gün aviatorlar peşə bayramlarını qürur hissi ilə qeyd edir, sabaha nikbinliklə baxır, aviasiyamızın gələcəyinə böyük ümid bəsləyirlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

