Azay Quliyev: Təhqir və böhtana görə ən ciddi cəzalar verilməlidir
24.11.2016 [10:05]
“İstər həqiqi, istərsə də saxta profillər vasitəsilə sosial şəbəkələrdə kimlərisə təhqir etmək yolverilməzdir”.
Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Cinayət Məcəlləsinə “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə” maddəsinin təklif edilməsinə münasibət bildirərkən deyib.
A.Quliyev bildirib ki, müasir dövrdə kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı “Feysbuk”, “Tvitter”, “Yutub”, “İnstaqram”, “Linkedin” və s. kimi sosial şəbəkələrin geniş yayılması informasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Yalnız “Feysbuk” sosial şəbəkəsinin istifadəçilərinin sayı hazırda dünyada 1,8 milyarda, ölkəmizdə isə 1,5 milyona yaxındır. Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında internet azadlığına görə ən qabaqcıl yerlərdən birini tutur. Ancaq təəssüflər olsun ki, hazırkı dövrdə sosial şəbəkələrdən cinayət xarakterli əməllərin törədilməsi məqsədilə də istifadə olunması halları mövcuddur və belə hallar artmaqdadır. Belə ki, sosial şəbəkələr vasitəsilə müxtəlif vətəndaşlara, o cümlədən ali dövlət qurumlarında vəzifələr tutan şəxslərə qarşı təhqiramiz və şər-böhtan xarakterli yazıların yayılması tendensiyasını müşahidə etməkdəyik”.
A.Quliyev əlavə edib ki, istər həqiqi, istərsə də saxta profillər vasitəsilə sosial şəbəkələrdə kimlərisə təhqir etmək, onların işgüzar nüfuzuna xələl gətirmək, şantaj və böhtan yolu ilə nəyəsə nail olmağa cəhd etmək yolverilməzdir: “Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda, biz görürük ki, sosial şəbəkələrdə müəyyən dini-ekstremist, separatçı çağırışlar da edilir”.
Deputat vurğulayıb ki, bu gün bu cür qanuna, əxlaqa və mənəviyyata zidd hallara təkcə sosial şəbəkələrdə deyil, “reket” mətbuatda da tez-tez rast gəlinir: “Ümumiyyətlə, hesab edirəm ki, yaradılmış şəraitdən, mətbuat və internet azadlığından sui-istifadə edilməsi qətiyyən yolverilməzdir və bunun qarşısı hüquqi yollarla alınmalıdır. Bu əməlləri törədənlər bilməli və əmin olmaldırlar ki, onların belə qanunsuz hərəkətlərinin ciddi hüquqi nəticələri olacaq. “Reket” fəaliyyəti ilə məşğul olan “mətbu orqanlar” çox şərəfli tarixə və peşəkar ənənələrə malik Azərbaycan mediasına böyük ləkədir.
Onu da deyə bilərəm ki, belə zərərli tendensiyanın qarşısını almaq məqsədilə bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin qanunvericiliyində müvafiq dəyişikliklər edilməsi, yəni cəzanın daha da sərtləşməsi ilə bağlı addımlar atılır. Misal üçün, bu yaxınlarda İtaliya Senatına təqdim olunmuş qanun layihəsi ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin şərəf və ləyaqətini təhqir olunmasına, onlara qarşı şər və böhtan xarakterli yazılara görə jurnalistin 6 ildən 9 ilə qədər həbs cəzasına məhkum olunmasını nəzərdə tutur”.
A.Quliyevin fikrincə, bu cəhətdən Azərbaycan qanunvericiliyində bu cür əməllərin aradan qaldırılması məqsədi ilə dəyişikliklərin edilməsi, tənzimlənmə mexanizminin işə salınması vacibdir: “Düşünürəm ki, bu günlərdə Baş prokuror Zakir Qaralovun bu məsələ ilə bağlı Cinayət Məcəlləsinə 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə) maddənin əlavə edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim etməsi vətəndaşların mənafeyinə xidmət edir. Qanuna müvafiq dəyişiklik təklifi qəbul ediləndən sonra sosial şəbəkələrdə saxta profillər yaradaraq insanları təhqir edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması asanlaşacaq və zaman ötdükcə belə mənfi hallar aradan qalxacaq”.
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

