Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri "Meliorator günü"nü qeyd ediblər
06.06.2009 [12:22]
Sonra Hökumət evinin akt zalında “Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və digərləri bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkə melioratorları 2007-ci ildən başlayaraq peşə bayramlarını qeyd edirlər. Bu gün tarixi bir gündür və 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixində qeyd edilməsi bizi ikiqat sevindirir. Azərbaycanda Meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini vurğulayan məruzəçilər deyiblər ki, respublikada meliorasiya və irriqasiya işlərinin təməlinin XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə geniş quruculuq işləri aparılıb, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb.
Ulu öndərimiz Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlətimizin başçısı bu istiqamətdə başlanılmış islahatların, yeni layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 8-də Taxtakörpü su anbarının, bu il mayın 25-də “Şəmkir çayı üzərində su anbarının tikintisi” obyektinin təməlqoyma mərasimlərində iştirak etməyi bu deyilənlərin parlaq və əyani sübutudur.
Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi” çərçivəsində ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının SES-lə birlikdə və uzunluğu 110,4 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri uğurla davam etdirilir.
2004-cü ildən Dünya Bankının krediti hesabına “Azərbaycanda suvarma paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 180 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhramtəpə hidroqovşağının və respublikanın 11 rayonunda təxminən 52 min hektar ərazidə suvarma-paylayıcı sistemlərində bərpa işləri uğurla davam etdirilir.
2005-ci ildən Asiya İnkişaf Bankının vəsaiti hesabına həyata keçirilən və 2008-ci ildə başa çatdırılan “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 12 rayonun ərazisində 23 çayda 28 kilometr uzunluğunda qoruyucu bəndlərin tikintisi nəticəsində 80 min hektar torpaq sahəsinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhərin və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin olunub. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, Vayxır su anbarının istismara verilməsi barədə verdiyi göstərişdən sonra, 2003-cü ildən tikintinin tamamlanması üzrə işlər davam etdirilib və 2005-ci ildə başa çatdırılıb. Respublika iqtisadiyyatının inkişafı üçün mühüm həyati əhəmiyyət kəsb edən belə obyektlərin sayı çoxdur. Prezident İlham Əliyevin bu sahəyə diqqətinin nəticəsi olaraq son 5 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin məbləği 4,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 22 dəfəyə yaxın artıb. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əmək haqqı 5,7 dəfə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, 800-dən artıq maşın və mexanizmlər alınıb, 247 kilometr suvarma kanallarının və 244 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi və bərpası işləri həyata keçirilib, 201 min hektar sahədə suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılıb, 479 subartezian quyusu qazılıb istismara verilib. Bu işlər hazırda müvəffəqiyyətlə davam etdirilir.
Kənd təsərrüfatı əkinlərini fasiləsiz suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər edilib, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər işlənib həyata keçirilib.
2008-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, suvarılan torpaqlarda 1 milyon 311 min hektar sahədə kənd təsərrüfatı bitkiləri lazımi miqdarda su ilə təmin olunub, sahələr orta hesabla 3 dəfə suvarılıb.
Cari ildə 1 milyon 332 min hektar suvarılan sahələrdə kənd təsərrüfatı əkinlərinin suvarılması nəzərdə tutulub. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir, digər əkinlərin kütləvi surətdə suvarılmasına başlanılıb. Aparılan təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaq.
Respublika melioratorları bundan sonra da onların qarşısında duran vəzifələrin tam məsuliyyətlə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarından istifadə edəcək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi uğrunda və iqtisadiyyatımızın gələcək inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

