"Siyasi partiyalar haqqında" Qanun Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olmalıdır
24.06.2009 [12:30]
“1992-ci ildə qəbul edilən və hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var. Bu dəyişikliklər siyasi partiyaların maliyyələşdirilməsi, onların gələcək fəaliyyəti, ictimai-siyasi həyatda və seçkilərdə iştirakı ilə əlaqəli məsələlərlə bağlıdır”. Bu fikirləri jurnalistlərlə söhbətində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
O, qeyd edib ki, dünyanın bir çox ölkələrində bu istiqamətdə təkmilləşmələr gedir: “Hesab edirəm ki, Azərbaycanda da buna ehtiyac var. “Siyasi partiyalar haqqında” Qanun Konstitusiya və Seçki Məcəlləsi ilə müəyyən mənada üst-üstə düşməlidir. Məsələn, Seçki Məcəlləsində elə müddəalar var ki, onlar “Siyasi partiyalar haqqında” Qanunla ziddiyyət təşkil edir. Odur ki, bu Qanunun müddəalarının müasir dövrün reallıqlarına, o cümlədən Konstitusiya və Seçki Məcəlləsinə uyğunlaşdırılması lazımdır”.
“Bəs, “Siyasi partiyalar haqqında” Qanuna indiyədək dəyişİkliklərin edilməməsinin səbəbi nədir” sualını cavablandıran S.Novruzov deyib ki, Milli Məclisin müvafiq komitəsinə bununla bağlı müxtəlif layihələr daxil olub. Siyasi partiyaların irəli sürdüyü təkliflər həmin komitə tərəfindən müzakirə edilir: “Nəzərə almaq lazımdır ki, bu məsələdə çoxlu sayda maraqlı tərəflər var. Hər bir siyasi partiya istəyir ki, öz fikirləri qanunda əksini tapsın. Bütün hallarda təqdim olunan layihələr ümumiləşdirilərək sonda vahid qərarın qəbul edilməsi nəzərdə tutulur”.
Millət vəkilinin sözlərinə görə, dünyanın bir çox ölkələrində belə praktika var ki, hər hansı siyasi partiya iki ildən artıq müddətdə fəaliyyət göstərmirsə, onun qeydiyyatı ləğv edilir: “Bizdə isə siyasi partiyaların qeydiyyata alınması üçün tələb olunan imza həddindən artıq azlıq təşkil edir. Bu göstərici heç seçicilərin 0,1 faizini təşkil etmir. Nəzərə alsaq ki, bizdə təxminən 5 milyona yaxın seçici var, belə halda siyasi partiya qeydiyyatdan keçmək üçün 5 minə yaxın imza toplamalıdır. Digər tərəfdən, istənilən vaxt hansısa regional siyasi partiya yaradıla bilər. Bunu aradan qaldırmaq məqsədilə partiyaların qeydiyyatı üçün imzalar Azərbaycandakı seçki dairələrinin 60-dan çoxunda və hərəsindən 100-dən az imza olmamaq şərtilə toplanmalıdır. Vaxtilə Azərbaycanda yaranmış siyasi partiyalar var ki, artıq onlar ticarət obyektinə çevrilib. Biri partiyanı satır, o birisi partiyalar arasında gərginlik yaradır və sair. Bu baxımdan, siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi və qeydiyyatdan keçən partiyaların dövlət büdcəsindən maliyyələşməsi vacib olan amillərdəndir”.
S.Novruzovun fikrincə, partiyalara maliyyə status əsasında verilməlidir. Yəni, təklif olunur ki, qeydiyyatdan keçən, seçkilərdə iştirak edən partiyalara maliyyə alınan səslərin və qazanılan yerlərin sayına görə verilsin: “Bununla maliyyələşmə dörd şkala əsasında həyata keçiriləcək. Elə partiya olacaq ki, 4, eləsi isə 1 şkala üzrə maliyyələşəcək. Bu zaman partiyaların maliyyələşməsi ədalətli olacaq. Qeydiyyatdan keçən partiyalara ümumi qaydada maliyyə yardımı etmək isə düzgün deyil. Təklif olunan variant partiyaların stimullaşmasına yardım edəcək. Hər bir partiya çalışacaq ki, həm seçki prosesində, həm də ictimai-siyasi proseslərdə fəal iştirak etsin”.
“ümumiyyətlə, yaxın vaxtlarda əksər Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da iki və ya üçpartiyalı sistemin reallaşması gözləniləndirmi?” sualına cavabında isə YAP İcra katibinin müavini deyib ki, Azərbaycanda maksimum 10 siyasi partiya normal fəaliyyət göstərə bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18

