Kəngərli rayonunda yeni uşaq bağçası istifadəyə verilib
15.04.2017 [10:34]
Naxçıvan Muxtar Respublikasında uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır. Müasir uşaq bağçaları istifadəyə verilir, uşaqların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək deyib ki, 2016-cı ildə aparılan tikinti, yenidənqurma və təmir işlərindən sonra rayonun Yurdçu kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, avtomobil yolu, Qıvraq qəsəbə tam orta məktəbi, Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi, Böyükdüz kəndində Azərbaycan Vətən Müharibəsi veteranı üçün fərdi mənzil, Xok və Böyükdüz kəndlərində 117 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Hazırda Qarabağlar Türbə Kompleksində elmi və tarixi əsaslarla bərpa işləri aparılır, rayon mərkəzində 7 mərtəbəli, 48 mənzilli yaşayış binası tikilir. Bundan başqa Böyükdüz kəndi ərazisində 400 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi də qurulacaq. Tikinti-quruculuq işlərinin davamı olaraq Kəngərli rayonunda müasir uşaq bağçasının istifadəyə verilməsi də rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. İcra başçısı Kəngərli rayonunun hərtərəfli inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və valideynləri təbrik edərək deyib: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaq bağçaları məktəbəqədər təhsil müəssisəsi və təhsilin ilk pilləsi kimi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, estetik tərbiyəsini təmin edir. Ölkəmizdə dövlət uşaq siyasətinin tərkib hissəsi kimi uşaqların sağlam böyüməsi istiqamətində lazımi tədbirlər görülür. Uşaq bağçalarının tikilib istifadəyə verilməsi bu tədbirlər sırasında xüsusi yer tutur”.
Ali Məclisin Sədri deyib: “Son illər Naxçıvan Muxtar Respublikasında 3-ü hərbi şəhərciklərdə olmaqla 21 uşaq bağçası tikilərək istifadəyə verilmiş, bağçalarda uşaqların məktəbəqədər tərbiyəsinin təşkili və sağlam böyümələri üçün müasir şərait yaradılmışdır. Həmçinin dövlət-uşaq siyasətinin davamı olaraq muxtar respublikada 2016-cı tədris ilindən başlayaraq 5 yaşlı uşaqlar həftədə 3 dəfə olmaqla ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına gedirlər. Bu da uşaqların birinci siniflərə hazır gəlmələrinə xidmət edir”.
Qeyd olunub ki, bağçalara müxtəlif yaş qrupundan olan uşaqlar cəlb olunur, onların intellektual inkişafı ilə yanaşı, estetik tərbiyəsi və düzgün qidalanması da diqqətdə saxlanılır. Uşaqların maraqlarına uyğun oyunlar və tədbirlər keçirilir, onların istedad və qabiliyyətləri üzə çıxarılır. Bu mənada müasir uşaq bağçalarının istifadəyə verilməsi ölkəmizin gələcəyi olan uşaqların əqli, psixoloji və fiziki cəhətdən sağlam böyüməsinə hesablanıb. Eyni zamanda uşaq bağçalarının tikilməsi ailələrə dəstəkdir. Xüsusilə işləyən valideynlər və aztəminatlı ailələr uşaqlarını rahatlıqla bağçalara etibar edirlər. Sağlamlıq imkanları məhdud uşaqların bağçalara cəlbi isə onların erkən yaşlardan cəmiyyətə inteqrasiyasına imkan verir. Görülən bu işlər və yaradılan şərait isə cəmiyyətdə bütün uşaqların məktəbəqədər tərbiyəsinin təşkilinə imkan verir.
Ali Məclisin Sədri deyib: “Bu gün istifadəyə verilən Qıvraq Qəsəbə uşaq bağçasına 160 uşaq cəlb olunmuş, 40 nəfər işlə təmin edilmişdir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, uşaqların tərbiyəsi, sağlam qidalanması, intellektual və fiziki inkişafı düzgün təşkil olunmalı, onlar gələcək təhsilə hazırlanmalıdırlar. Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər Kəngərli rayonunda da öz nəticəsini verməli, bağçada tərbiyə olunan uşaqlar gələcəkdə cəmiyyətimizin sağlam üzvünə çevrilməlidirlər”.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, bağçanın tikintisində əməyi olanlara təşəkkür edib.
Bildirilib ki, yeni yaradılan uşaq bağçası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Bağçada 2 körpələr, 3 orta, 3 böyüklər və 3 məktəbə hazırlıq qrupları olmaqla ümumilikdə 11 qrup fəaliyyət göstərir. Ən müasir infrastrukturla təchiz edilən bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb, hər qrup üçün yataq otaqları, yemək və oyun zalları, tədbirlər zalı, valideynlər otağı, tibb otağı, mətbəx, ərzaq anbarı, çamaşırxana və digər otaqlar istifadəyə verilib.
Valideynlərdən Səbinə Həsənova uşaq bağçasında yaradılan şəraitə görə ailələr adından minnətdarlıq edərək deyib: “Kəngərli rayonunda uzun illər uşaq bağçası fəaliyyət göstərmirdi. Bu gün müasir uşaq bağçasının istifadəyə verilməsi ailələrin, hər bir valideynin və uşaqların böyük sevincinə səbəb olub. Artıq işləyən anaların rahatlığı təmin edilib. Çünki uşaqlarımızı müasir məktəbəqədər tərbiyə müəssisəsinə etibar edəcəyik. Yeni uşaq bağçası həm gələcəyimiz olan uşaqlara, həm də ailələrə göstərilən qayğının daha bir ifadəsidir”.
Ali Məclisin Sədri bağçada yaş qruplarına uyğun təlim-tərbiyə qaydalarının tətbiq olunması, valideyni işləyən, aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqların qəbuluna üstünlük verilməsi, uşaqların mütəmadi tibbi müayinədən keçirilməsi və sağlam qidalanmasına diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Tədbirlər zalında uşaqlar Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib, Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Ali Məclisin Sədri uşaqlarla xatirə şəkli çəkdirib.
Uşaq bağçasının həyəti də abadlaşdırılıb, istirahət guşəsi və uşaq əyləncə qurğuları qoyulub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

