/ / Aureliya Qriqoriu: Ermənilərin əsassız bəyanatları istər tarixi, istər hüquqi, istərsə də faktiki baxımdan təsdiqlənmir
Aureliya Qriqoriu: Ermənilərin əsassız bəyanatları istər tarixi, istər hüquqi, istərsə də faktiki baxımdan təsdiqlənmir
25.04.2017 [09:09]
Bu gün biz ermənilərin dünyaya təqdim etməyə çalışdığı hadisələrin gerçək, yoxsa yalan olması məsələsini beynəlxalq səviyyədə müzakirə edirik. Mən bir hüquqşünas və beynəlxalq münasibətlər üzrə ekspert kimi vurğulamaq istəyirəm ki, 1914-1915-ci illərdə soyqırımı anlayışı mövcud olmayıb. Bu anlayış yalnız İkinci Dünya müharibəsindən sonra yaranıb. Ermənilərin soyqırımı barədə heç bir fakt yoxdur. Onların bəyan etdikləri qəbiristanlıqlar tapılmayıb. Əvvəlcə deyirdilər ki, həlak olanların sayı 600 min olub, sonra bu rəqəmi artırıb 4 milyona çatdırdılar. Ermənistanın təqdim etdiyi məlumatlar heç nə ilə təsdiqlənmir. Sadəcə əsassız olan bu bəyanatlar istər tarixi, istərsə hüquqi, istərsə də faktiki baxımdan təsdiqlənmir. Əksinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktları barədə təkzibedilməz faktlar var, şahid ifadələri, maddi sübutlar, sənədlər, ekspert rəyləri, jurnalistlərin şəhadətləri var.
Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu bu fikirləri aprelin 24-də keçirilmiş “Erməni soyqırımı - real tarix, yoxsa tarixi yalan” mövzusunda konfrans çərçivəsində AZƏRTAC-a müsahibəsində söyləyib.
A.Qriqoriu qeyd edib ki, bu mövzunu araşdırandan sonra anlayıb ki, bu məsələ keçən əsrin 60-cı illərində yaranıb. O vaxt bu məsələnin qaldırılması Sovet İttifaqı üçün sərfəli idi. 60-cı illərə qədər heç kəs deməyib ki, guya erməni soyqırımı olub, ermənilərə qarşı hansısa qeyri-insani tədbirlər görülüb. Təəssüf ki, çoxları belə bəyanatları həqiqət kimi qəbul edir. Buna görə də doğru-düzgün informasiyanı dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
A.Qriqoriu deyib: “Çox adamın bu mövzudan xəbəri yoxdur və məsələyə məhz ona görə ürək yanğısı ilə yanaşırlar ki, soyqırımı sözü sanki dərhal mərhəmət hissi oyadır. Çox adam fikirləşmir ki, erməni diasporunun bütün dünyaya zorla qəbul etdirməyə çalışdığı faktlar tamamilə yalandır, belə bəyanatların heç bir əsası yoxdur, bütün bunlar sadəcə insanların ürəyini yumşaltmaq üçün uydurulub. Ona görə də bugünkü konfrans kimi tədbirləri təkcə Azərbaycanda və ya Türkiyədə deyil, bir sıra başqa dövlətlərdə, o cümlədən Avropa ölkələrində də keçirmək lazımdır. Qoy insanlar bilsinlər ki, əslində heç bir erməni soyqırımı olmayıb”.
A.Qriqoriu sonda deyib: “Bəli, Birinci Dünya müharibəsi, qurbanlar, köçürülmələr olub. Lakin ermənilərin kateqoriyaları ilə danışsaq, bu mövqedən mühakimə yürütsək və münasibət bildirsək, onda Birinci Dünya müharibəsi dövründə hər bir xalqa münasibətdə soyqırımı törədilib.
Bir daha təkrar etmək istəyirəm 1914-1915-ci illərdə soyqırımı anlayışı mövcud olmayıb. Buna görə də kimlərinsə məsuliyyətə cəlb olunmasını, onların beynəlxalq aləmdə pislənməsini tələb etmək tamamilə əsassızdır”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

