Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
23.05.2017 [10:10]
Mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq bildirilib. Ölkələrimizin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı hörmət və dəstək ifadə edilib.
Nazirlər 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsinin qoyulduğunu və bundan sonra ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şeyx Xəlifə bin Zayed Al Nahyanın birgə səyləri ilə ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirildiyi bildirilib. Nazirlər 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, səhiyyə, logistika, investisiya, neft-kimya sənayesi, bankçılıq və maliyyə sahələri üzrə əməkdaşlıq üçün mövcud olan imkanların inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd ediblər. Tərəflər Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsini təqdir ediblər. Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və nəticə etibarilə, 2015-ci illə müqayisədə 2016-cı ildə bu ölkədən olan turistlərin sayında 30 dəfədən artıq artımın müşahidə olunmasını müsbət addım kimi qiymətləndirib. Həmçinin həftəlik reyslərin sayının 30-a çatdığını, BƏƏ və Azərbaycanın şəhərlərini birləşdirən yeni uçuş reyslərinin açılmasının planlaşdırıldığını və bu kimi addımların iki ölkə arasında insanlararası və işgüzar təmasların artmasına daha da töhfə verəcəyini qeyd edib.
Şeyx Abdullah bin Zayed Al Nahyan Bakıya səfərinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə təsadüf etməsindən məmnunluq ifadə edib. O, bu Oyunların İslam ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu ifadə edib. Elmar Məmmədyarov BƏƏ-dən olan idmançıların İslam Həmrəyliyi Oyunlarında uğurlu iştirakı münasibətilə həmkarını təbrik edib. Söhbət zamanı nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar təbrik məktubu mübadiləsini həyata keçiriblər.
Görüşdə, həmçinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

