Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

24.05.2017 [10:05]

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Dan Stavın muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli danışıqların aparıldığını xatırlayıb.
Ali Məclisin Sədri İsrail dövlətinin Azərbaycanla faydalı əməkdaşlığından və bunun Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışıb.
Səmimi qəbula görə minnətdarlıq edən Dan Stav Naxçıvana növbəti səfərinin və əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Diplomat səfər müddətində keçirəcəyi görüşlərin əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd edib.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30