/ / Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir
05.07.2017 [10:04]
Müsahibimiz Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovdur:
- Hüseyn müəllim, məlum olduğu kimi, hazırda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması dünya ölkələri üçün aktuallıq kəsb edir. BMT tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənəd bu sahədə konseptual baza kimi mühüm əhəmiyyət kəsb edir. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 25-27 sentyabr 2015-ci il tarixində Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq 17 dayanıqlı inkişaf məqsədi, 169 hədəf və 231 göstəricini özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul olunmuşdur. Yeni qəbul olunmuş sənəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlanır və Azərbaycan da daxil olmaqla 193 ölkə tərəfindən qəbul olunmuş qlobal sənəddir. Sənəd davamlı inkişafın 3 müxtəlif aspektini əhatə edir: iqtisadi, sosial və ətraf mühit məsələləri. Hər bir sahə üzrə bütün dünyada qlobal səviyyədə qəbul olunmuş hədəf və göstəricilər müəyyənləşdirilmişdir. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. Eyni zamanda, Minilliyin İnkişaf Məqsədləri aşağı inkişaf kateqoriyasına aid olan ölkələri əhatə etməklə, daha çox sosial məsələləri özündə ehtiva edirdi.
2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik 3 əsas prinsip üzərində qurulmuşdur.
Bunlardan birincisi universallıq prinsipi adlanır. Bu prinsipin təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr - istər inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də aşağı inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilmişdir. Eyni zamanda, sənəddə qəbul edilmiş məqsədlərin bir-biri ilə sıx bağlılığı diqqət çəkən əsas məqamdır. Belə ki, bir məqsədə nail olmaq üçün yalnız eyni məqsəd üzrə fəaliyyət göstərmək kifayət etmir. Sənəddə bir məqsədə çatmaq üçün digər məqsədlərə nail olunması başlıca məsələlərdən biri kimi öz əksini tapmışdır. Məsələn, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında yoxsulluğun azaldılması birinci məqsəd kimi müəyyən olunsa da, yoxsulluq məsələləri digər məqsədlər sırasında müxtəlif hədəflərdə öz əksini tapmışdır.
Digər prinsip inteqrasiyalı yanaşma prinsipidir. Bu, bəhs olunan və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlər dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Bu sənədlərin icrası, eyni zamanda, BMT tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də öz əksini tapmış hədəf və məqsədlərə nail olunması ilə nəticələnəcəkdir.
Digər bir yanaşma isə - “heç kimin geridə qalmaması” prinsipi ilə ifadə olunur. “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənəd yoxsulluğun azaldılması, insanların rifah halının yaxşılaşdırılması, daha dayanıqlı iqtisadiyyatın qurulması, iqtisadiyyatın şaxələndirilməsi, həssas təbəqələrdən olan insanların əmək bazarına inteqrasiyasının təmin olunması kimi məsələlər əhatə olunduğu üçün heç kimin geridə qalmaması prinsipinə əsaslanmışdır.
- Dayanıqlı inkişaf məsələləri həm də Azərbaycanın inkişaf gündəliyində yer alan başlıca məsələlərdən biridir...
- Dayanıqlı inkişaf məsələləri Azərbaycanın inkişaf gündəliyində yeni məsələ deyil. Azərbaycan inkişafın dayanıqlılığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başlamışdır. Ölkəmizdə ötən müddət ərzində Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üçün kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu icrasının nəticəsi kimi, yoxsulluğun və işsizliyin azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Bundan başqa, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişafın əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda, qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə iqtisadiyyatın müxtəlif sektorları üzrə 12 Strateji Yol Xəritəsi qəbul olunmuş və bu sənədlərdə müəyyənləşdirilmiş hədəflər də dayanıqlı inkişafa nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir...
- Siz Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının təmsilçisisiniz. Dayanıqlı inkişafın təmin olunması kontekstində Şuranın yaradılması və fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Məlum olduğu kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Azərbaycan azsaylı ölkələr sırasındadır ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına Baş nazirin müavini səviyyəsində rəhbər təyin olunmuşdur. Bilirsiniz ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına Baş nazirin müavini cənab Əli Əhmədov rəhbərlik edir. Bu, Azərbaycanın dayanıqlı inkişaf məsələlərinə nə dərəcədə ciddi və həssas yanaşmasının göstəricisidir.
Qeyd edim ki, Fərmanda Şuranın Katibliyinin formalaşdırılması ilə bağlı da tapşırıq verilmişdir. Belə ki, Fərmana əsasən, Şuranın Katibliyinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuş və bu ilin yanvar ayında iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini cənab Şahin Mustafayevin əmri ilə Şuranın Katibliyi formalaşdırılmışdır. Katibliyin işinin daha da təkmilləşdirilməsi, fəaliyyətinin təşkilinin səmərəliliyinin artırılması məqsədilə İqtisadiyyat Nazirliyində Dayanıqlı inkişaf şöbəsi yaradılmışdır. Katibliyin əsas funksiyası dövlət qurumları və digər maraqlı tərəflərlə Şuranın fəaliyyətinin əlaqələndirilməsinin təmin olunmasıdır.
Bir məqamı da vurğulamaq istərdim. Demək olar ki, bütün dövlət orqanlarında dayanıqlı inkişaf məsələlərinin həyata keçirilməsi üçün icraçılar müəyyənləşdirilmişdir. Müvafiq fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə Şura tərəfindən 3 istiqamətdə işçi qrupu, eləcə də monitorinq və qiymətləndirmə qrupu yaradılmışdır. Birinci qrup iqtisadi inkişaf və layiqli məşğulluq məsələlərini, ikinci qrup sosial məsələləri, üçüncü qrup isə ətraf mühit məsələlərini əhatə edir. Bu qrupların əsas funksiyası “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənəddən irəli gələn öhdəliklərin təmin olunması, eləcə də 2030-cu ilədək müxtəlif sahələri əhatə edən Dövlət proqramları, strateji sənədlər, layihələrin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə uyğunlaşdırılmasıdır. Monitorinq və qiymətləndirmə qrupu isə bu hədəflərlə müəyyən olunmuş göstəricilər üzrə görülən işləri qiymətləndirir və monitorinqini həyata keçirir. Eyni zamanda, Fərmanla Dövlət Statistika Komitəsi də əsas tərəfdaş kimi müəyyən olunmuşdur.
- Bildiyimiz kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə bütün maraqlı tərəflərin cəlb edilməsi Qlobal gündəliyin əsas məqsədlərindən hesab edilir. Bununla bağlı Şura tərəfindən hansı işlər həyata keçirilib?
- Ötən dövr ərzində DİM-lərin həyata keçirilməsində bütün maraqlı tərəflərin iştirakının təmin edilməsi, cəmiyyətin müxtəlif qruplarının Dayanıqlı İnkişaf Məqsədlərinin icrası prosesinə cəlb edilməsi və “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə bir sıra görüşlər təşkil olunmuşdur. Buna misal olaraq, 16 mart 2017-ci il tarixində “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda elm ictimaiyyətinin iştirakı ilə keçirilən panel müzakirə, 1 may 2017-ci il tarixində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda vətəndaş cəmiyyəti və QHT-lərin nümayəndələri ilə birgə keçirilən konfrans, 9 iyun 2017-ci il tarixində keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri: Qadın və İnkişaf” mövzusunda panel müzakirə, eyni zamanda, 10 aprel 2017-ci il tarixində 132-134 Təhsil Kompleksində “Dayanıqlı İnkişaf Məqsədləri: Təhsil dünyanı dəyişə bilər” mövzusunda yuxarı sinif şagirdləri üçün açıq dərsi göstərmək olar. Bu formatda keçiriləcək görüşlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur və növbəti müzakirələrin parlament, gənclər, özəl sektor və s. təmsil edən qruplarla keçirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycan cəmiyyətinin hər bir üzvünün Dayanıqlı İnkişaf Gündəliyinin tələblərindən irəli gələn inkişafdan bəhrələnməsi və onların dayanıqlı inkişafına nail olunması üçün səylərinin artırılmasına geniş imkanlar yaradacaqdır. Eyni zamanda, istər elmi ictimaiyyətin, istər vətəndaş cəmiyyətinin, istərsə də ayrı-ayrı sosial qrupların nümayəndələrinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində iştirakı 2030 Gündəliyinin icrasına öz töhfəsini verəcəkdir.
- Hüseyn müəllim, 2017-ci ilin iyul ayında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim ediləcək Azərbaycanın ilk Könüllü Milli Hesabatında hansı əsas məqamlar beynəlxalq ictimaiyyətə çatdırılacaq?
- Məlumat üçün qeyd edim ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ikinci iclasında, 2017-ci ilin iyul ayında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin müəyyən etdiyi “Dəyişilən dünyada yoxsulluğun aradan qaldırılması və firavanlığın təşviqi” tematik planına uyğun olaraq 6 DİM və hər il nəzərdən keçiriləcək 17-ci Məqsəd üzrə Azərbaycanın ilkin hesabatının hazırlanması qərara alınmışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin dekabr ayında Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovun BMT-nin Baş katibi Antonio Quttereşə ünvanladığı müraciət əsasında Azərbaycan da ilkin hesabat verəcək ölkələrin siyahısına əlavə olunmuşdur.
Müəyyən edilmiş vaxtın qısa olmasına baxmayaraq, Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatının yekun variantı aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və BMT tərəfindən müəyyən olunmuş prosedurlara uyğun olaraq Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) təqdim edilib.
Hesabat ön söz, xülasə olmaqla 10 bölmədən ibarətdir. Hesabatda Minilliyin inkişaf məqsədləri üzrə əldə olunmuş nailiyyətlər, Azərbaycan Respublikasının inkişaf gündəliyində dayanıqlı inkişaf məsələləri, DİM-lərə nail olunması üzrə həyata keçirilən siyasət tədbirləri və yaradılan əlverişli mühit, Dayanıqlı İnkişaf Məqsədləri, hədəfləri və göstəricilərinin milliləşdirilməsi və milli inkişaf gündəliyinə daxil edilməsi məsələləri, Dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlıqda iştirak, eyni zamanda, tematik mövzuya uyğun məqsədlər üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər və gələcək addımlar göstərilmişdir.
- Dayanıqlı İnkişaf Gündəliyinin icrası ilə bağlı növbəti addımlar nələrdən ibarətdir?
- Azərbaycanda “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf Gündəliyi”nin milli səviyyədə yerinə yetirilməsi istiqamətində qarşıdakı illərdə bir sıra tədbirlər həyata keçiriləcəkdir. Bu tədbirlərə qlobal DİM-lərin və onlara uyğun olaraq müəyyənləşdirilmiş hədəf və göstəricilərin milliləşdirilməsi və ölkənin inkişaf gündəliyinə daxil edilməsi, tərəqqini izləmək üçün mərkəzi və yerli səviyyələrdə DİM-lərin monitorinqi və qiymətləndirilməsi sisteminin qurulması işlərinin tamamlanması, DİM-lərə nail olmaq üçün beynəlxalq tərəfdaşlıqda iştirakın gücləndirilməsini misal göstərmək olar. Eyni zamanda, Milli Davamlı İnkişaf Gündəliyinin icrası üçün Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının dəstəyi ilə 2018-ci ildə DİM-lərə nail olmaq məqsədilə mühüm sürətləndirici amilləri müəyyənləşdirmək və həyata keçirmək üçün vasitələri müzakirə etmək məqsədilə Milli DİM Konfransının keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, DİM Gündəliyinin uğurlu icrası beynəlxalq tərəfdaşlar, xüsusi ilə Cənub-Cənub əməkdaşlığı vasitəsi ilə ən qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşmasını tələb edir. Bunu nəzərə alaraq, Azərbaycan milli DİM-lərin formalaşdırılması və icrası istiqamətində əldə etdiyi təcrübə və biliklərini paylaşacaqdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

