Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib

Prezident Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib

07.07.2017 [10:05]

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində azyaşlı da daxil olmaqla 2 dinc sakinin ölümü və 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, Belarus Prezidenti ilə ATƏT PA-nın 26-cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüş zamanı ilk sözü təmas xəttində baş verən insident barədə olub. Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək təəssüfünü ifadə edib.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30