/ / Hüseyn İntizami: Azərbaycan ilə informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi əsas məqsədimizdir
Hüseyn İntizami: Azərbaycan ilə informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi əsas məqsədimizdir
11.07.2017 [09:43]
Azərbaycan və İran arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi, media qurumları ilə əməkdaşlığın artırılması əsas prioritetlərimizdəndir.
Bu fikri iyulun 10-da AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Hüseyn İntizami söyləyib.
Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, qlobal problemlərin müzakirə olunduğu məkana çevrildiyini deyən Baş direktor Aslan Aslanov ölkəmizdə mətbuatın inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan müstəqilliyinin ilk illərində informasiya blokadasında olub. Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha intensiv çatdırılmağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri Azərbaycan mətbuatının inkişafına da müsbət təsir edib. Qeyd olunub ki, AZƏRTAC bir sıra iri regional informasiya agentlikləri təşkilatlarının fəal üzvüdür. Hazırda agentlik Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının sədridir. Baş direktor vurğulayıb ki, AZƏRTAC İranın nüfuzlu İRNA agentliyi ilə uzun illərdir səmərəli əməkdaşlıq edir, hər iki agentlik beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
Nazir müavini Hüseyn İntizami ümumi mədəni və tarixi köklərə malik olan İran və Azərbaycanın qonşu ölkələr olduğunu bildirib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən H.İntizami informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsinin əsas məqsədləri olduğunu önə çəkib. O, ölkələrimizin media qurumlarının regionda baş verən hadisələrə diqqətli yanaşmasının ortaq mədəniyyətimizin, tariximizin qorunması və inkişafında vacib məqam təşkil etdiyini qeyd edib. “AZƏRTAC böyük tarixə malik agentlikdir və onun geniş fəaliyyət sahəsi var. AZƏRTAC-ın İRNA ilə uğurlu əməkdaşlığı xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərir”, - deyə nazir müavini Hüseyn İntizami vurğulayıb.
Görüşdə medianın inkişaf meyilləri, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

