Prezident İlham Əliyev: Əminəm ki, bütün rayonlarımızda tezliklə sənaye zonaları yaradılacaqdır
27.07.2017 [09:24]
Azərbaycanda sənaye parklarının yaradılması yeni sənaye quruculuğunun mühüm istiqamətini təşkil edir
Azərbaycanın neft gəlirlərinin azalması və bir sıra digər spesifik cəhətləri ilə fərqlənən yeni iqtisadi şəraitdə müəyyənləşdirdiyi inkişaf hədəfləri əsasən neftdənkənar sahələrlə bağlıdır. Ölkəmiz qeyri-neft iqtisadiyyatının üstün inkişafına nail olmaqla bir tərəfdən müxtəlif mallara olan daxili istehlak tələbini tam şəkildə yerli istehsal hesabına təmin etmək, digər tərəfdən isə xarici bazarlarda Azərbaycan brendi olan məhsullarla təmsil olunmaq və bu yolla neft daxilolmalarının azalmasını kompensasiya etmək məqsədi güdür. Adaptasiya prosesinin uğurla getməsi və əldə olunan nəticələr Azərbaycanın yeni inkişaf kursunun uğurlu olacağını söyləməyə əsas verir. 2017-ci ilin birinci yarısının statistik göstəricilərindən də göründüyü kimi, artıq respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunması məqsədilə reallaşdırılan məqsədyönlü tədbirlər və aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən altı ayda qeyri-neft iqtisadiyyatında müşahidə edilən müsbət dinamikanı indiki şəraitdə çox yaxşı göstərici kimi səciyyələndirərək vurğulayıb: “Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir”.
Qeyri-neft sənayesinin inkişafı Azərbaycanın müasir mənzərəsini səciyyələndirir
Son illərdə Azərbaycanın inkişafında yeni bir istiqamətin açılması xüsusilə diqqəti cəlb edir. Söhbət böyük əmək tutumuna malik olan və respublikamız üçün yeni istehsal və ixrac imkanları yaradan qeyri-neft sənayesinin inkişafından gedir. Ölkəmizdə yeni iqtisadi şəraitdə qeyri-neft sənayesinin perspektiv inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib.
Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib.
Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Cari ilin birinci yarısında respublikamızda ən yaxşı iqtisadi inkişaf göstəricisi də məhz qeyri-neft sənayesində qeydə alınıb. Prezident İlham Əliyev bildirib ki, 6 ayda qeyri-neft sənayesinin 4,4 faiz artması mümkün olan ən gözəl göstəricidir: “Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
Perspektivdə Azərbaycanın qeyri-neft sənayesinin potensialı daha da artacaq. Hazırda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda qeyri-neft sənayesi üzrə istehsalın genişləndirilməsi istiqamətində bir sıra iri layihələr icra edilir. Yeni layihələrə əsasən, yaradılan müəssisələrdə ölkəmizin böyükhəcmli ixrac imkanları formalaşacaq. Ölkədə reallaşdırılan iri sənaye layihələri arasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq. Yaxın perspektivdə ölkəmizdə həmçinin böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur.
Azərbaycanın sənaye quruculuğunda yeni istiqamətlərindən biri texnoparkların, regionlarda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır
Məqsədyönlü siyasət sayəsində qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycan, eyni zamanda, yeni sənaye quruculuğu siyasətində də dünya miqyasında öz təsdiqini tapan və yaxşı nəticələr verən qabaqcıl təcrübədən bəhrələnir. Hazırda dünyanın ayrı-ayrı inkişaf etmiş ölkələrində sənaye quruculuğunda müşahidə edilən əsas trendlərdən biri müxtəlif istehsalatların hər cür infrastruktur təminatına malik eyni bir məkanda cəmləşməsi və innovasiyalara əsaslanan texnoparkların yaradılması ilə bağlıdır. Ölkəmiz də məhz bu yolu tutub. Kiçik və orta sahibkarların fəal iştirakı ilə texnoparkların yaradılması respublikada həyata keçirilən müasir sənaye quruculuğunun mühüm əlamətidir. Qeyd edək ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb və ilk texnoparklarda məhsul istehsalına start verilib.
Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, həmçinin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb.
Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istiqamətlərin də uğurlu inkişafına daha bir nümunədir. Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıqlarının, müasirtipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir.
Hazırda isə Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək. Prezident İlham Əliyev ölkə miqyasında sənaye parklarının yaradılması prosesinin gedişindən məmnunluq ifadə edərək deyib: “Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir”.
Eyni zamanda, bölgələrdə yeni sənaye məhəllələrinin yaradılması regional inkişafa sanballı dəstəkdir. Deyə bilərik ki, regionlarda müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir. Azərbaycanın regional sənaye quruculuğu ilə bağlı strateji hədəflərinə uyğun olaraq respublikamızda 4 sənaye mərkəzi formalaşdırılacaq. Bakı Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü çoxdan təsdiqləyib. Sumqayıt şəhəri də regionun iri sənaye mərkəzlərindən biridir. Perspektivdə isə Gəncə və Mingəçevir şəhərlərinin sənaye potensialını daha da artırmaq qarşıya mühüm vəzifə kimi qoyulub. Prezident İlham Əliyev regional sənaye quruculuğu ilə bağlı perspektivlərdən bəhs edərək bildirib: “Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır”.
Regional sənaye quruculuğuna göstərilən yüksək siyasi iradəyə uyğun olaraq hazırda respublikanın ayrı-ayrı bölgələrində sənaye məhəllələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Sənaye məhəllələri yaradılarkən bölgələrin ənənələri və mövcud iqtisadi potensialı əsas götürülür. Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Neftçalada yaradılan sənaye məhəlləsində Azərbaycan brendi ilə avtomobillər hazırlanacaq, balıq yemi və digər məhsullar istehsal olunacaq.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən növbəti Sənaye Məhəlləsi Masallıda yaradılacaq. Bu günlərdə isə Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Pirallahı Sənaye Parkında dərman istehsalına qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir
Qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla yaradılan sənaye parklarında ölkəmizdə böyük tələbat duyulan bir sıra məhsulların istehsalı nəzərdə tutulub. Məsələn, hazırda respublikamızın müxtəlif dərman vasitələrinə olan tələbatı əsasən idxal hesabına ödənilir ki, bu da ölkəmizdən böyük həcmdə valyuta axınına səbəb olur. Pirallahı Sənaye Parkında yaradılan dərman istehsalı fabrikləri respublikamızın müxtəlif adda dərman vasitələrinə tələbatının ödənilməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılması qərara alınıb.
Ötən ilin noyabrında Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin, həmçinin “Vita-A”, Rusiyanın “R-Farm” şirkətinin, Azərbaycan İnvestisiya Şirkətinin təmsilçilərinin iştirakı ilə ilk əczaçılıq zavodunun təməli qoyulub. Layihənin dəyəri 74 milyon dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
Cari ilin yanvarında isə Pirallahı Sənaye Parkında növbəti müəssisənin - “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitələr, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Müəssisə Almaniya, İtaliya istehsalı olan texnika ilə təchiz ediləcək. Pirallahı Sənaye Parkında yaradılacaq əczaçılıq müəssisələrinə investisiya qoyuluşunun həcmi kifayət qədər böyük rəqəmlərlə ölçülür. Prezident İlham Əliyev bu günlərdə Pirallahı rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğulayıb ki, dərman istehsalı müəssisələrinin inşasına yönəldiləcək sərmayələrin həcmi 100 milyon dollara bərabərdir: “Azərbaycanda əvvəllər də, elə bu gün də dərman istehsalı fabrikləri, demək olar ki, yoxdur. Biz birinci fabrikləri buraya saldıq. İki fabrikin tikintisi gedir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Burada iş yerləri, yeni istehsal sahələri yaradılacaq”.
Pirallahıda əsas infrastruktur layihələrinin həyata keçirilməsi yeni imkanlar yaradır
Azərbaycanda artıq ənənə halını alıb: Dövlət paytaxt Bakıda və bölgələrdə müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Yüksək səviyyədə qurulan müasir infrastruktur isə sonradan ölkə boyu sənayenin, aqrar sektorun inkişafında mühüm faktora çevrilir. Son illərdə respublikanın iqtisadi potensialının artmasında bütün yeni generasiya güclərinin yaradılmasının, yol-nəqliyyat infrastrukturunun yüksək səviyyədə yenidən qurulmasının və digər belə layihələrin rolu əvəzsizdir.
Dövlətin diqqət və qayğısı sayəsində yeni yaradılan Pirallahı rayonunda da yüksək səviyyəli infrastruktur qurulur. Rayonun elektrik enerjisi, su, qaz təminatı yüksək səviyyədədir. Müxtəlif istiqamətlərdən rayona gələn yollar müasir standartlar səviyyəsində təmir olunub. Burada inşa edilən körpü də mühüm infrastruktur obyektidir.
Yaradılan güclü infrastruktur bir tərəfdən əhalinin sosial rifah halının, kommunal xidmətlərlə təchizatının yaxşılaşmasında mühüm rol oynayır, digər tərəfdən isə rayonun iqtisadi potensialının artmasına, o cümlədən də sənayenin digər sahələrinin inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas infrastruktur layihələrinin icrası, əlbəttə ki, yeni imkanlar yaradır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev rayona səfəri zamanı “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi planlaşdırılıb. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır.
Pirallahı rayonunun gələcək inkişafı baxımından burada Prezident İlham Əliyevin iştirakı ilə mühüm sənaye obyektinin - “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi də böyük aktuallıq daşıyır. Haqqında bəhs olunan layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Birinci mərhələdə 2,8 MVt gücündə “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin 1,1 MVt-lıq hissəsi üzrə Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar torpaq sahəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində fəaliyyət göstərir və bu il iyunun 1-i tarixinə 1,5 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun sayəsində 330 min kubmetr təbii qaza qənaət olunub. Burada ümumilikdə 4400 günəş paneli quraşdırılıb. Qeyd edək ki, alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi enerji təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

