/ / Hikmət Babaoğlu: Ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir
Hikmət Babaoğlu: Ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir
14.08.2017 [10:25]
Ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun yaralanmasına münasibət bildirərəkən deyib.
H.Babaoğlu qeyd edib ki, bu hadisə Ermənistanın terrorçu dövlət olmasının isbatıdır: “Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür. Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır. Sərhədboyu bölgələrdə dinc əhaliyə qarşı vəhşilik etməklə Ermənistan acizliyini nümayiş etdirir. Dinc əhalini atəşə tutmaq faşistlərin işidir”.
Deputat hesab edir ki, ermənilərin Azərbaycanın Tovuz rayonunda törətdikləri təxribata beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “Beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı mövqe bildirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni silahlı birləşmələri hələ də dinc azərbaycanlıları atəşə tutmaqdadır. Ermənistanın təxribatları cavabsız qalmayacaq. Azərbaycanın güclü ordusu var. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər. Çünki belə hallar Azərbaycan tərəfini məcbur edir ki, öz torpaqlarını işğaldan azad etsin”.
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə, Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

