Bakıda 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub
15.08.2017 [10:17]
Avqustun 14-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub.
AZƏRTAC-ın informasiya dəstəyi verdiyi 41-ci Dünya Skaut Konfransında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra tədbir iştirakçılarının bölgələrimizə səfərlərini əks etdirən videoçarx nümayiş olunub.
Konfrans iştirakçıları bildiriblər ki, onlar Azərbaycana daha yaxşı dünya yaratmaq, skaut hərəkatının mahiyyətini cəmiyyətə bir daha çatdırmaq üçün toplaşıblar. “Azərbaycana xoş gəlmişik”, - deyən iştirakçılar Azərbaycanın və skaut hərəkatının bayraqlarını səhnəyə gətiriblər.
Sonra Azərbaycan skautlarının milli himni səslənib.
Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı bildirib ki, Odlar Yurdunda keçirilən bu tarixi konfransda skautları qəbul etmək böyük şərəfdir. “Beynəlxalq Skaut Konfransı böyük tədbirdir. Bu ab-havada Azərbaycanda hökm sürən qonaqpərvərliyi, ölkəmizin müxtəlifliyini hiss edəcəksiniz”, - deyən İlyas İsmayıllı skautların buraya yüz minlərlə insanın taleyinə təsir edəcək vacib qərarlar qəbul etmək üçün toplaşdıqlarını diqqətə çatdırıb.
Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını xatırladan qonaq bu əsərin müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunə olduğunu deyib və bildirib ki, ayrı-ayrı ölkələrdən gələn skautlar da öz fəaliyyətlərində bunu hər zaman nəzərə almalıdırlar və birgə işləməlidirlər. Hərəkatın qlobal həmrəylikdə oynadığı roldan söz açan Əhməd əl-Hindavi diqqətə çatdırıb ki, hazırda skautlar yeni dəyişikliklər astanasındadır və təşkilatın daha da böyüməsinə nail olmağa çalışırlar.
Əhməd əl-Hindavi deyib ki, Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Bunun nəticəsində konfrans iştirakçıları nəinki son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olacaq və təcrübə mübadiləsi aparacaq, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Bakı konfransının skaut hərəkatında önəmli hadisələrdən birinə çevriləcəyinə əminliyini ifadə edərək deyib ki, belə tədbirin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Dünya Skaut Hərəkatının ölkəmizə etibarının və hörmətinin ifadəsidir. “Hər birimizin öz vətənimiz var. Amma bu gün insanları birləşdirən ümumi vətən - Yer kürəsi var və onu təhlükədən xilas etmək üçün insanlar birləşib problemləri həll etməlidirlər”, - deyən Əli Əhmədov dünyanı narahat edən problemlər sırasında miqrasiya probleminin xüsusi yer tutduğunu, Azərbaycan vətəndaşlarının öz təcrübələrində bu problemlə üzləşdiklərini qeyd edib. Vurğulayıb ki, əgər insanlar səylərini birləşdirsələr, hər bir ölkədə əmin-amanlığa nail ola bilərlər.
Əli Əhmədov qeyd edib ki, Dünya Skaut Hərəkatı müxtəlif yaş qruplarından olan insanları öz sıralarında birləşdirir. Bu hərəkat bir tərəfdən müxtəlif yaş qrupları, digər tərəfdən fərqli millətlərin nümayəndələri arasında anlaşmaya töhfə verir. Baş nazirin müavini əmin olduğunu bildirib ki, təşkilat bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirəcək.
Bakı konfransını bu mənada əhəmiyyətli mərhələ adlandıran Əli Əhmədov Azərbaycanın dünyanın gənc dövlətlərindən biri olduğunu diqqətə çatdırıb, ölkəmizin qısa dövrdə böyük inkişaf yolu keçdiyini, insanların rifahının yüksəlməsi sayəsində mühüm layihələr reallaşdırdığını vurğulayıb.
Baş nazirin müavini bildirib ki, Azərbaycan təcrübəsi Dünya Skaut Hərəkatının inkişafına və müsbət dəyişikliklər axtarışına mühüm töhfə olacaq.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov tədbirin iştirakçılarını salamlayıb, 41-ci Dünya Skaut Konfransının əhəmiyyətini vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 41-ci Dünya Skaut Konfransına təbrik məktubunu oxuyub.
Prezidentin məktubunda Azərbaycan cəmiyyətinin skaut hərəkatının ideallarını asan qəbul etdiyi vurğulanır. Bildirilir ki, “Müsbət dəyişikliklərə birlikdə” şüarı altında keçirilən konfrans ölkəmizdə hökm sürən multikulturalizm ideallarına uyğundur. Məktubda vurğulanır ki, bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olan Azərbaycan dialoqun mərkəzidir.
41-ci Dünya Skaut Konfransının açılış mərasimi atəşfəşanlıqla başa çatıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

