Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Azərbaycanda aparılan siyasət yalnız xalqın mənafelərinə xidmət edir

Məlahət İbrahimqızı: Azərbaycanda aparılan siyasət yalnız xalqın mənafelərinə xidmət edir

14.03.2018 [10:12]

“Ölkəmiz qərblə şərqin qovuşuğunda strateji bir məkanda yerləşir. Ona görə də, ölkəmiz daim dünyanın diqqət mərkəzindədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir xarici qüvvənin diqtəsi ilə hərəkət etmir. Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən aparılan xarici və daxili siyasət nəticəsində cəmiyyət bütün sahələrdə uğurla inkişaf edir.
“Azərbaycanda aparılan siyasət yalnız və yalnız xalqın mənafelərinə xidmət edir. Ona görə də, düşünürəm ki, bu, bəzi böyük dövlətləri əlbəttə ki, qane etmir. Lakin Azərbaycan rəhbərliyi yalnız Azərbaycan xalqının mənafeyinə uyğun bu ölkəni inkişaf etdirir. Bunun hamımız şahidiyik. Onların da bu məkrli siyasəti baş tutmayacaq. Azərbaycan müstəqil siyasət həyata keçirməklə uğurlar qazanmaqda davam edəcək”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30