İsveç partiyaları xaricdəki seçicilərin səsləri uğrunda mübarizəyə başlayıblar
02.06.2026 [13:57]
Xaricdə yaşayan İsveç vətəndaşları bu payız keçiriləcək parlament seçkilərində mühüm rol oynaya bilərlər.
AZƏRTAC xəbər verir ki, İsveçin Seçki İdarəsinin məlumatına görə, seçici siyahılarında xaricdə daimi yaşayan təxminən 220 min İsveç vətəndaşı qeydiyyata alınıb.
Siyasi partiyalar bu seçici qrupunu strateji baxımdan vacib hesab edirlər. Xüsusilə nəzərə alınır ki, 2022-ci il parlament seçkilərində “Tidö” əməkdaşlığına daxil olan partiyalar sol bloku cəmi 46 min səs fərqi ilə üstələyiblər.
Höteborq Universitetində aparılan araşdırma göstərir ki, xaricdə yaşayan isveçlilər ölkə daxilindəki seçicilərlə müqayisədə sağ mərkəzçi partiyalara daha çox dəstək verirlər. Bu səbəbdən bir çox siyasi qüvvə artıq xaricdəki seçicilərlə fəal iş aparmağa başlayıb. Xüsusilə millətçi İsveç Demokratları Partiyası xaricdə yaşayan həmvətənlərlə əlaqələrin gücləndirilməsi üçün xüsusi işçi qrupu yaradıb.
Partiyalar əsas diqqəti ABŞ, Norveç, Birləşmiş Krallıq, İspaniya və Tailand kimi çoxsaylı İsveç vətəndaşlarının yaşadığı ölkələrə yönəldirlər. Xaricdəki tərəfdar şəbəkəsinin genişləndirilməsi, eləcə də məlumatlandırma və təşviqat fəaliyyətinin gücləndirilməsi planlaşdırılır.
Seçki kampaniyası artıq ölkə sərhədlərini aşır. Belə ki, mayın 21-də Parisdəki İsveç kilsəsində bir neçə parlament partiyasının nümayəndələrinin iştirakı ilə seçkiqabağı debat keçirilib. Oxşar görüş və müzakirələrin isveçlilərin sıx yaşadığı digər ölkələrdə də təşkili nəzərdə tutulur.
Öz növbəsində, İsveçin Dövlət Seçki İdarəsi hökumətin tapşırığı əsasında xaricdə yaşayan vətəndaşların seçkilərdə iştirakını artırmaq məqsədilə məlumatlandırma fəaliyyətini genişləndirib.
Siyasi analitiklərin fikrincə, siyasi bloklar arasında kəskin rəqabətin hökm sürdüyü şəraitdə məhz xaricdə yaşayan İsveç vətəndaşlarının səsləri bu il keçiriləcək seçkilərdən sonra Riksdaqda yerlərin bölgüsünə təsir göstərən həlledici amillərdən birinə çevrilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:41
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25

