/ / Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır
Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır
02.06.2026 [11:09]
Bu gün SOCAR neft, təbii qaz və elektrik enerjisi istehsalını özündə birləşdirən inteqrə olunmuş enerji şirkətidir.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.
“Biz fəaliyyətə neft şirkəti kimi başladıq. Daha sonra neft-qaz şirkətinə çevrildik. Sonrakı mərhələdə isə bərpaolunan enerji mənbələrini portfelimizə əlavə etməklə enerji şirkətinə transformasiya olduq. Ardınca kombinə edilmiş dövriyyəli qaz elektrik stansiyalarını da fəaliyyət istiqamətlərimizə daxil etdik. Fikrimcə, bizim üçün və ümumilikdə enerji sektorundakı bir çox şirkətlər üçün növbəti mərhələ süni intellekt və məlumat mərkəzləri sahəsinə daxil olmaqdır. Bu, sektorun inkişafının təbii nəticəsidir. Uzunmüddətli perspektivdə rəqabət qabiliyyətimizi qorumaq üçün biz də məlumat mərkəzlərinə və süni intellekt infrastrukturuna investisiya yatırırıq. Əslində, bu, yalnız neft şirkətindən enerji şirkətinə deyil, enerji şirkətindən daha geniş texnologiya və enerji ekosisteminə malik bir quruma çevrilmək prosesidir. Bu transformasiya SOCAR-ın insan kapitalının strukturuna da ciddi təsir göstərir. Əvvəllər SOCAR əsasən Azərbaycan mütəxəssislərindən ibarət bir şirkət idi. Bu gün isə beynəlxalq ekspertlərin sayı getdikcə artır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərimizdə rəhbər vəzifələrdə, o cümlədən yüksək səviyyədə çalışan xarici mütəxəssislərin sayı da yüksəlir. Nəticədə SOCAR təkcə beynəlxalq enerji şirkətinə deyil, eyni zamanda, beynəlxalq insan kapitalına malik qlobal təşkilata çevrilir”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

