/ / Din pərdəsi altında müxtəlif məkrli əməllərə əl atan terrorçuların məqsədi ölkəmizdə xaos və qarşıdurma yaratmaqdır
Din pərdəsi altında müxtəlif məkrli əməllərə əl atan terrorçuların məqsədi ölkəmizdə xaos və qarşıdurma yaratmaqdır
11.07.2018 [09:00]
Azərbaycan cəmiyyəti terror aktını dəstəkləyən və vətəndaşları itaətsizliyə çağıran təxribatçıların cəzalandırılmasını tələb edir
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ötən dövr ərzində iqtisadi qüdrətini artırmaqla yanaşı, demokratik inkişaf yoluna da sədaqət nümayiş etdirib. Bunun nəticəsidir ki, dünya sivilizasiyalarının qovşağı hesab edilən, dinlərarası, millətlərarası dialoq mərkəzi kimi tanınan, insan hüquq və azadlıqlarının qorunduğu və təmin edildiyi, həmçinin sabitliyin hökm sürdüyü ölkəmizdə dövlət-xalq münasibətləri yüksək səviyyədədir.
Din pərdəsi altında gizlənərək dövlətin konstitusion quruluşuna təhdid yaradanların arzuları puç olur
Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın sabit inkişafından, tərəqqiyə hədəflənən dövlət siyasətindən narahatlıq keçirən, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq istəyən bir sıra xarici antimilli qüvvələr müxtəlif təxribatlara əl atır. Bu mənada, din pərdəsi arxasında gizlənən və öz çirkin əməllərini həyata keçirməyə çalışanlara da rast gəlinir. Vurğulamaq yerinə düşər ki, məhz din adı altında terror əməlləri həyata keçirməyə çalışanların hüquqazidd fəaliyyəti, onların məkrli niyyətləri ölkəmizdəki vətəndaş birliyinə təhdiddir. Yeri gəlmişkən, iyul ayının 3-də Gəncə şəhərində törədilmiş terror aktı da məhz bu məqsədə xidmət edib. Belə ki, 2016-cı ildə Azərbaycan vətəndaşı Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçən Yunis Səfərov törətdiyi cinayət əməli ilə Azərbaycanda sabitliyi pozmaq, xaos və anarxiya yaratmaq istəyib. Məsələ ilə bağlı Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında da qeyd edildiyi kimi, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə, hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Bu məqsədə çatmaq üçün bəhs olunan şəxs tərəfindən “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlanıb. O, bu müraciəti xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə ölkə əhalisinə respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edilib.
Xalqımız müxtəlif ölkələrdə həyata keçirilən qanlı qarşıdurmaları Azərbaycanda tətbiq etmək istəyənləri qətiyyətlə pisləyir
Ən təəssüfləndirici hal isə ölkəmizin Konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərənlərin hüquqazidd əməllərinin bir sıra sosial şəbəkələrdə bəzi marginal ünsürlər tərəfindən dəstəklənməsi, eləcə də xarici antimilli qüvvələrin nəzarətində olan, onlardan maliyyələşən bir sıra anti-azərbaycançı ünsürlərin təxribat xarakterli çıxışlarıdır. Qeyd etmək lazımdır ki, bu kimi hüquqa və qanuna zidd, dövlətin və xalqın hədəfə alındığı, sabitliyin pozulmasına xidmət göstərən, vətəndaş birliyinə təhdid yaradan çıxışlar Azərbaycanda möhkəm təmələ malik hüquqi dövlət quruculuğu prosesinə xələl gətirməyə xidmət göstərir. Hətta bu cür vətəndaş qarşıdurmasına xidmət edən fikirlərə yer verənlərin fərqli dövlətlərin maraqlarından çıxış etməsi, Şərqdəki bir sıra qanlı ssenarilərin ölkəmizə transferində maraqlı olması aşkara çıxır. Təbii ki, belələrinin itaətsizliyə çağırışları, Suriya, Liviya kimi ölkələrdə baş verən anarxiyanın, qarşıdurmanın ölkəmizdə təkrarlanması üçün göstərdikləri çabalar fayda vermir və Azərbaycan cəmiyyəti bir daha öz mövqeyini açıq şəkildə ortaya qoyur. Xalqımız haqlı olaraq belələrinin, yəni sosial şəbəkələrdə mənəvi terrorla məşğul olanların, dövlətçiliyə, ölkəmizdəki sabitliyə təhdid yaratmağa çalışanların cəzalandırılmasını tələb edir. Yəni, xalqımız birmənalı olaraq fərqli ölkələrdə həyata keçirilən qanlı qarşıdurmaları Azərbaycanda tətbiq etmək istəyənlərə qarşıdır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törədilmiş cinayət hadisəsi ilə əlaqədar bəzi saytlarda və sosial şəbəkələrdə təxribat xarakterli çağırışlarla bağlı cinayət işlərinin başlanılmasına dair məlumat yayıb. Məlumatda bildirilir ki, məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb. Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib. Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb.
Bir sözlə göründüyü kimi, Azərbaycanda demokratik dövlətçilik ənənələrinin qorunması, daha da inkişaf etdirilməsi istiqamətində xalq-dövlət birliyi bir daha səfərbər olaraq öz gücünü ortaya qoyur. Azərbaycan dövləti ölkəmizdə ara qarışdırmaq istəyən, fərqli xarici antimilli qrupların və ya dövlətlərin marağı ilə qanlı hadisələr törətməyə niyyətlənənlərin cavabını qanun çərçivəsində və ən layiqli şəkildə verir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

