Forumun yekununda Bakı prinsipləri qəbul edilib
27.10.2018 [10:57]
Bakı Forumunun sonuncu - beşinci sessiyasının iştirakçıları “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda müzakirələr aparıblar.
Sessiyanın moderatoru, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bəşəriyyətin üzləşdiyi ciddi ekoloji problemlər DİM üzrə həyata keçirilən fəaliyyəti xeyli ləngidir. Dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir. Buna görə də təmiz suyun səmərəli idarə edilməsi DİM-ə nail olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanda ümumi daxili məhsulun hazırlanmasında sərf olunan enerjinin miqdarının azaldılması istiqamətində qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, 2003-cü ildə Azərbaycanda atmosferə bir kiloqram karbon emissiyası atılırdı, hazırda bu rəqəm 200 qramadək azalıb. Bu, MDB ölkələri arasında ən aşağı göstəricidir. Bu, DİM-ə nail olmaq yolunda Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərdən biridir. Dünya Bankının göstəricilərinə əsasən, hazırda dünyada ümumi daxili məhsul istehsalında enerji səmərəliliyi nisbəti 100-dən çox olduğu halda Azərbaycanda bu rəqəm 88,9-dur. Azərbaycanın enerji səmərəliliyi indeksində üçüncü yerdə olması ölkəmizin bu sahədə mühüm nailiyyətlər qazandığını ortaya qoyur.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli bildirib ki, Azərbaycanda alternativ enerji mənbələrindən istifadə üzrə dövlət proqramları, konsepsiyalar, yol xəritələri qəbul olunub və bunun sayəsində ölkəmiz müsbət nəticələrə nail olub. Görülən işlər nəticəsində Azərbaycan energetika, dayanıqlı inkişaf və ətraf mühit məsələləri üzrə hesabatlarda “enerji üçbucağı indikatoru” üzrə öz göstəricilərini 9 bal yaxınlaşdıraraq dünyada 36-cı pillədə qərarlaşıb.
BMT-nin Məskunlaşma (UN-Habitat) proqramının regionlararası məsləhətçisi xanım Katya Şafer Azərbaycana ilk dəfə 17 il əvvəl turist kimi gəldiyini və ötən müddətdə ölkəmizin sürətlə inkişaf etdiyini, Bakının daha da gözəlləşdiyini deyib. O, şəhərlərdə dayanıqlılığın təmin olunmasında düzgün planlaşdırmanın əhəmiyyətini vurğulayıb.
Cenevrə Universitetinin professoru, Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedcazi bildirib ki, DİM-in 11-ci məqsədi şəhərləri daha təhlükəsiz və dayanıqlı olmasını nəzərdə tutur. O, təqdimatında Bakı və Cenevrə şəhərlərinin dayanıqlılıq göstəriciləri arasında müqayisəli təhlil aparıb.
“Azərsu” ASC-nin Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov qeyd edib ki, bölgələrdə əhalinin içməli su təchizatını yaxşılaşdırmaq üçün 52 rayonda layihələr həyata keçirilir. Artıq 33 rayonda su təchizatı xətləri inşa olunub. Həmçinin 10-dan çox şəhərdə kanalizasiya sistemləri inşa olunub. Son dövrdə regionlarda 10-a yaxın çirkab sutəmizləyici qurğular quraşdırılıb. Bu qurğularda təmizlənən sular Avropa standartlarına uyğundur.
Sessiyalardan sonra Forumun bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, həm VI Bakı Beynəlxalq Humanitar Forumunda, həm də Dayanıqlı İnkişafa dair Bakı Forumunda səmərəli müzakirələr aparılıb. Əli Əhmədov qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərini həyata keçirməklə biz öz gələcəyimizi daha işıqlı və firavan etməliyik. Ona görə də bütün bəşəriyyət dünyamızı DİM-ə uyğun olaraq, 2030-cu ilə qədər yaxşılaşdırmaq üçün addımlar atmalıdır.
Baş nazirin müavini vurğulayıb ki, bu gün dünya ciddi addımlar atılmasa çox ağır durumla qarşılaşacaq səviyyəyə gəlib çatıb. Ona görə də bütün dövlətlər öz səylərini birləşdirməlidir. Vaxt az qalıb, qalan vaxtdan istifadə edib dünyamızı dəyişdirməyə nail ola biləcəyik.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Forumda DİM-ə nail olunması istiqamətində səmərəli müzakirələrin apardığını vurğulayıb. Q.İshaqzai Forumun yekununda Bakı prinsiplərinin qəbulunun DİM-ə nail olunması prosesində mühüm rol oynayacağına əminliyini bildirib.
Forumun yekununda DİM-in milli səviyyədə inteqrasiyası və icrasının sürətləndirilməsinə dair Bakı prinsipləri qəbul edilib. Sənəddə BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-in icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasət Dəstəyi” (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanılmasının vacibliyi qeyd olunub. Həmçinin DİM-in inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, Məqsədlərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərinin də vacibliyi vurğulanıb. Bundan başqa, DİM-in inteqrasiyasının və onların icrasının sürətləndirilməsinin çoxillik proses olduğu bildirilib.
Bununla da Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09

