MDB ölkələrinin hökumət başçıları Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüblər
03.11.2018 [10:49]
Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları noyabrın 2-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov görüşdə iştirak edib.
Prezident Nursultan Nazarbayev MDB üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsində Şuranın iclasının xüsusi əhəmiyyətini vurğulayıb və bildirib ki, bu tədbir qarşılıqlı faydalı əlaqələrin daha da inkişafına kömək edəcək. Dövlət başçısı MDB ölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini söyləyib.
Qazaxıstan Prezidenti bildirib ki, MDB ölkələrimiz arasında tarixi əlaqələrin qorunmasına və hər bir ölkənin suverenliyini gücləndirməyə imkan verən tamhüquqlu bir təşkilatdır. MDB daxilində qarşılıqlı ticarət artmaqda davam edir. Ötən il ticarət dövriyyəsi 164 milyard ABŞ dolları təşkil edib ki, bu da 25 faiz artım deməkdir.
Nursultan Nazarbayev MDB Hökumət Başçıları Şurasının əvvəlki iclasının yekunlarına da toxunaraq deyib: “Biz təşkilatın gücləndirilməsi məsələlərini nəzərdən keçirdik. Bu, işin səmərəliliyinin artırılmasına və müasir reallıqlara uyğunlaşdırılmasına yönəlmiş modernləşmə prosesinin təşviqini nəzərdə tutur. Birlik çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə İqtisadi İnkişaf Strategiyasını yeniləmək və MDB ölkələrinin Xidmətləri üzrə Azad Ticarət Sazişinin qəbul edilmiş layihələrinin icrasını sürətləndirmək lazımdır”.
Bundan əlavə, Qazaxıstan Prezidenti Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında irəli sürülən yeni təkliflərin müzakirəsinin nəticələri barədə məlumat verib. Təkliflərin arasında Birlik daxilində ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat və logistika, turizm sektorlarında qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması, kosmik sənayedə layihələrin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və innovativ həllərin istifadəsi məsələləri mühüm yer tutur.
Nursultan Nazarbayev Dövlət Başçıları Şurasının iclasında irəli sürülən təkliflərin yerinə yetirilməsi ilə bağlı praktiki işin lazım olduğunu qeyd edib, bütün istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasının vacibliyini bildirib. Vurğulayıb ki, bu təşəbbüslərin həyata keçirilməsi həm iqtisadi inkişafa, həm də ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

