“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb
01.12.2018 [11:01]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 73-cü kitabındakı materiallar 2016-cı ilin fevralından aprel ayınadək olan dövrü əhatə edir.
Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olub. Prezident İlham Əliyev Forumda söylədiyi nitqində deyib: “Bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir - yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə davam edən ölkə kimi, bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur. Hər bir nöqteyi-nəzərdən - siyasi, mənəvi, iqtisadi və sosial baxımdan”.
Kitaba Prezident İlham Əliyevin Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında, “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda söylədiyi nitqlərin, həmçinin “Euronews” telekanalına müsahibəsinin mətnləri daxil edilib.
Nəşrdə dövlətimizin başçısının Ankarada keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirakı, mətbuata bəyanatla çıxışı, sənədlərin imzalanma mərasimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirakı, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər barədə informasiyalar toplanıb.
Çoxcildliyin 73-cü kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Macarıstanın Baş naziri ilə görüşünə, dövlətimizin başçısının Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Macarıstanın ali ordeni ilə təltif olunması mərasimində iştirakına, Qətər Dövləti Əmirinin, Rusiya Federasiyası Hökuməti sədrinin Azərbaycana rəsmi səfərləri zamanı keçirdiyi görüşlərə, imzalanan sənədlərə, mətbuata bəyanatlarla çıxışlarına, Türkiyə Prezidentinin işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar yer alıb.
Kitaba, həmçinin Azərbaycan Prezidentinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş nüfuzlu nümayəndə heyətləri ilə görüşləri, ABŞ, Türkiyə, Qazaxıstan, Belarus və digər dövlətlərin, Dünya Turizm Təşkilatının, Avropa İttifaqının yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar daxil olunub.
Bu nəşrdə Prezident İlham Əliyevin “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda Şamaxıda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciətinin, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqlərinin mətnləri, dövlətimizin başçısının Ağsu rayonuna səfəri zamanı Mərkəzi Xəstəxananın yeni binasının açılışı mərasimində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, Bakıda yenidənqurma və abadlıq işləri ilə tanışlığına dair materiallar da toplanıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 73-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09

