Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
25.01.2019 [09:54]
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşüb.
AZƏRTAC xəbər verir ki, D.Sıdıkov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti çərçivəsində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə səmimi görüşünü xatırlayaraq bildirib ki, dövlət başçıları arasında olan yaxın münasibətlər ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynayır.
Səfir qeyd edib ki, dost ölkələrimiz arasında əməkdaşlığın və münasibətlərimizin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Bildirilib ki, son vaxtlar Qırğızıstanın Azərbaycanla əməkdaşlığa marağı daha da artıb. Hazırda müxtəlif sahələr üzrə əməkdaşlıq yüksək dinamika ilə inkişaf edir.
D.Sıdıkov bildirib ki, Qırğızıstan ilə Azərbaycan beynəlxalq miqyasda da hər zaman bir-birinin mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Son illər ərzində Azərbaycan-Qırğızıstan əlaqələrinin müxtəlif istiqamətlər üzrə genişlənməsini məmnunluqla vurğulayan səfir ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.
H.Orucov müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına təkan vermək məqsədilə Azərbaycan ilə Qırğızıstan arasında Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyanın 3-cü iclasının tezliklə Bişkek şəhərində keçirilməsinin vacibliyini vurğulayıb.
D.Sıdıkov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, digər aktual məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41

