Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
05.02.2019 [09:56]
Fevralın 4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın əvvəlində deputatlar ölkədəki ictimai-siyasi vəziyyət və sosial şəbəkələrdə yayılan təhqirlərlə bağlı fikirlərini bölüşüblər.
Sonra Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə 5 sənəd, o cümlədən “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə, Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə və Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə protokolların təsdiq edilməsi haqqında, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə məsələlər, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.
Qeyd olunub ki, “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişi rəhbər tutaraq tərəflər - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri cinayətkarlıqla mübarizə və hüquq-mühafizə, insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması sahəsində Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini təsdiqləyərək, mütəşəkkil cinayətkarlığın yayılmasından narahat olaraq, terrorçuluqla mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin və genişləndirilməsinin əhəmiyyətini dərk edərək, həmçinin sərhəd qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini nəzərə alaraq müvafiq protokolların imzalanması barədə razılığa gəliblər.
Diqqətə çatdırılıb ki, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişə əsasən, beynəlxalq hüququn müvafiq prinsipləri və normaları çərçivəsində Xəzər dənizi dövlətlərinin silahlı qüvvələrinin hərbi gəmilərinin üzməsinin və hava gəmilərinin uçuşunun təhlükəsizliyi bu Saziş çərçivəsində təmin edilir.
Sonra birinci oxunuşda təqdim olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan dəyişiklik barədə məlumat verilib. Vurğulanıb ki, adıçəkilən sənədlərdə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə bir sıra redaktə xarakterli düzəlişlər aparılıb.
Komitə üzvləri müzakirəyə çıxarılan qanun layihələrinin əhəmiyyətli olduğunu söyləyiblər və Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

