/ / Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20.02.2019 [10:10]
Əli Əhmədov: Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sarsılmazdır
Fevralın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Əli Əhmədov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunan YAP Sədrinin müavini bu əlaqələrin Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb.
“Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir. Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq”, - deyən Əli Əhmədov bildirib ki, Türkiyə daim inkişaf edir, güclənir və nəinki regionun, bütövlükdə dünyanın çox güclü dövlətlərindən birinə çevrilib. “Yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir. Türkiyənin inkişaf etməsi və güclənməsi bizi çox sevindirir və qürurlandırır. Çünki biz bir millətin iki dövlətiyik. Eyni zamanda, bu gün Azərbaycan da dinamik inkişaf edir. Son 15 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atıb. Ölkəmiz bütün sahələr üzrə mühüm nailiyyətlər qazanıb, müasirləşib, yeniləşib, eləcə də regionun liderinə çevrilib”, - deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə iqtisadi, enerji layihələri hər iki qardaş dövlətin gücünü daha da artırır. Onun fikrincə, münasibətlərin inkişafında hər iki ölkənin liderinin xüsusi rolu var.
Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir-birinə hər zaman ciddi dəstək verdiyini deyən Əli Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində Türkiyə Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir və bu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir. Onun fikrincə, qarşımızda duran əsas vəzifələrimizdən biri iki ölkə arasında mövcud münasibətləri daha da inkişaf etdirərək xalqlarımızı bundan sonra da irəli aparmaqdır. YAP Sədrinin müavini Türkiyədə qarşıdan gələn bələdiyyə seçkilərinin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Əli Əhmədov deyib ki, Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sarsılmazdır və bunu heç bir qüvvə poza bilməz.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım Azərbaycanın uğurlarının Türkiyədə böyük sevinclə qarşılandığını deyib. O, hər iki ölkənin inkişafının əhəmiyyətini vurğulayaraq xalqlarımız üçün böyük faydasını diqqətə çatdırıb. Nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü deyən dostluq qrupunun rəhbəri qeyd edib ki, ölkələrimizin liderləri qarşılıqlı əlaqələrin daha da inkişafına böyük önəm verirlər. O, Türkiyə və Azərbaycan parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitsinin sərd müavini Ağalar Vəliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Konya deputatı, Dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Ərzurum deputatı, qrupun üzvü İbrahim Aydemir, Qars deputatı, qrupun üzvü Yunus Kılıç, İstanbul deputatı, qrupun üzvü Tunay Kaynarca, Qaziantep deputatı, qrupun üzvü Mehmet Erdoğan, Iğdır deputatı, qrupun üzvü Yaşar Karadağ və TBMM əməkdaşı Türkey Yener iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

