/ / Bəhruz Quliyev: Azərbaycan Prezidenti hər zaman vətəndaşlarımızın yanında olduğunu nümayiş etdirir
Bəhruz Quliyev: Azərbaycan Prezidenti hər zaman vətəndaşlarımızın yanında olduğunu nümayiş etdirir
27.02.2019 [09:53]
Azərbaycanda həyata keçirilən sosial siyasətin kökündə Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən verdiyi vədlər dayanır. 2019-cu ildə sosial-iqtisadi sahədə keyfiyyətcə yeni mərhələyə keçidlə bağlı atılan addımlar da Azərbaycanda həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayandığının əməli nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu sosial siyasət 2003-cü ildən Prezident İlham Əliyevin timsalında növbəti mərhələyə qədəm qoyub. Burada da vətəndaş amili, onun sosial rifah halının yaxşılaşdırılması öndə duran məsələlərdəndir. Bu illər ərzində ölkəmizdə inkişafı stimullaşdıran sosial paketin həyata keçirilməsi və onun tərkib hissəsi olaraq əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində kompleks yanaşma dövlətin artıq hər bir ailənin, vətəndaşın xidmətində dayandığını göstərir. Qısa zaman ərzində minimum əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdünün artırılmasında, digər ödənişlərin verilməsində mühüm qərarlar qəbul edildi və konkret addımlar atıldı. Uzun illər vətəndaşları narahat edən vaxtilə tikilmiş və müəyyən səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də ölkə Prezidentinin imzaladığı Fərmanla həllini tapdı. Prezident İlham Əliyev tərəfindən vətəndaşların sosial müdafiəsi ilə bağlı atılan inqilabi addımlar bu sahədə mühüm dəyişikliklərə səbəb olub. Ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı, bununla yanaşı, ötən gün iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə həm iqtisadi, sosial islahatların qiymətləndirilməsi, həm növbəti dövrdə həyata keçiriləcək islahatlarla bağlı prioritetlərin və istiqamətlərin müəyyənləşdirilməsi, xüsusilə də problemli kreditlərin həlli sahəsində verilən anons ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində aparılan siyasətin miqyasının daha da genişləndiyini göstərdi.
Ekspert qeyd edib ki, 2019-cu ildə sosial-iqtisadi sahənin keyfiyyətcə yeni mərhələyə keçidində inqilabi dəyişikliklərə nail olan lider amili də var: “Hesab edirəm ki, bütün məsələlərin həlli təkcə sərəncamlardan deyil, eləcə də liderin şəxsi iradəsindən də asılıdır. Ölkəmizdə vətəndaşların sosial müdafiəsi istiqamətində inqilabi dəyişikliklər və yeni mərhələyə qədəm qoymaq göstərir ki, Azərbaycan Prezidenti vətəndaşının yanındadır və hər zaman milli maraqlarımızdan çıxış edir. Ölkə başçısı hətta həyata keçirdiyi xarici siyasətdə belə milli maraqlara söykənərək, milli maraqlarımızın diktə etdiyi formada fəaliyyətini davam etdirir. Bütün bunlar göstərir ki, lider təkcə daxili, iqtisadi, mədəni, sosial siyasətdə deyil, eyni zamanda, həyata keçirdiyi xarici siyasətdə də dövlətini, vətəndaşını, milli maraqları üstün tutur”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32

