Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
10.04.2019 [09:29]
Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri səfiri yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ötən il İndoneziya nümayəndə heyətinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” tədbirlərində iştirakına görə təşəkkür edib. Həyata keçirilən səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Ali Məclisin Sədri Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və iqtisadi-ticarət əlaqələrinin genişləndiyini bildirib.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırıb, mövcud imkanların təhsil və turizm əlaqələrinin inkişafına zəmin yaratdığını vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hüsnan Bəy Fanani muxtar respublikada olmaqdan şərəf duyduğunu qeyd edib. Nuhun vətəni Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini və “Əshabi-Kəhf”in burada yerləşməsini muxtar respublikaya səfər edən İndoneziya nümayəndə heyətində dərin təəssürat yaratdığını deyən qonaq ölkəsində Naxçıvana böyük maraq olduğunu bildirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və əməkdaşlıq üçün hazır olduqlarını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

