/ / Azərbaycan və Çin üçün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir
Azərbaycan və Çin üçün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir
13.04.2019 [10:02]
Azərbaycan və Çin üçün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nazir müavini statusunda olan xarici əlaqələr şöbəsinin müdir müavini Quo Yecou, Çin xarici işlər nazirinin müavini Can Hanhuy, Çin Xalq Xarici Əlaqələr İnstitutunun vitse-prezidenti Lian Ciençüən ilə görüşlərində səslənib.
Görüşlərdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev səfərin nəticələri barədə AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində deyib:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla ölkə rəsmiləri ilə apardığı müzakirələr iki ölkə arasında əlaqələrin inkişafı və keyfiyyətcə yeni mərhələyə daxil olmasında mühüm rol oynayıb. Həmin səfər çərçivəsində dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, həmçinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan “İpək yolu iqtisadi” kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bütün bunlar Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə inkişafına şərait yaradıb.
Hazırkı səfər çərçivəsində iki ölkə arasındakı yüksək səviyyəli siyasi dialoqun ruhuna uyğun olaraq Çindən olan tərəf müqabillərimiz ilə keçirdiyimiz görüşlərdə münasibətlərimizin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı barədə geniş fikir mübadiləsi apardıq. İki ölkənin yaxın dostluq və tərəfdaşlıq münasibətləri var. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycan Çinin dövlət başçısının müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsini yaxından dəstəkləyir. Düşünürük ki, bu layihə çərçivəsində də əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu çərçivədə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Region ölkələri ilə əlaqələndirilmiş böyük nəqliyyat infrastrukturuna malik olan Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı prosesində yaxından iştirak edir. Çin tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla bu dəhlizlərdən istifadə edərək bazarlara yeni çıxışın əldə edilməsində maraqlıdır.
Azərbaycan və Çin arasında xarici siyasət məsələlərində ortaq fikirlər və baxışlar var. Hər iki ölkə beynəlxalq münasibətlərdə BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin hakim kəsilməsinin tərəfdarıdır. Hər iki ölkə üçün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir. Azərbaycan “Vahid Çin” siyasətini qəti şəkildə dəstəkləyir. Çinli həmkarlarımız görüşlərdə bir daha vurğuladılar ki, Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplərə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə tərəfdardır. Bu məsələ iki ölkənin dövlət başçısının 2015-ci ildə qəbul etdikləri Birgə Bəyannamədə də öz təsbitini tapıb.
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

