/ / Hikmət Babaoğlu: Əli İnsanovun qisasçılıq mövqeyindən çıxış etməsi əslində onun düşmənimiz olan ermənilərin saxta təbliğatına daha yaxın olduğunu göstərir
Hikmət Babaoğlu: Əli İnsanovun qisasçılıq mövqeyindən çıxış etməsi əslində onun düşmənimiz olan ermənilərin saxta təbliğatına daha yaxın olduğunu göstərir
04.05.2019 [10:19]
“İctimai və siyasi yaddaşda adı rüşvətxorluq və korrupsiya ilə assosiasiya olunan Əli İnsanovun siyasətçi adına iddia etməsi mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist addımı nəticəsində azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun son açıqlamalarında qisasçılıq mövqeyindən çıxış etməsi, Azərbaycanın milli məsələləri ilə bağlı dilə gətirdiyi ifadələr bu adamın düşüncəsinin və siyasi mövqeyinin əslində düşmənimiz olan ermənilərin saxta təbliğatına daha yaxın olduğunu göstərir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
“Siyasət insanları birləşdirmək, uzlaşdırmaq və milli maraqları qorumaq sənətidir. Azərbaycan xalqının siyasi yetkinliyi, siyasəti həmişə bu kontekstdə dərk etməsi, xalqın birliyinin və milli maraqlarının qorunmasını özünə ən ümdə vəzifə kimi müəyyənləşdirməsi onun lider seçimində daim özünü göstərib. Ə.İnsanovda isə belə keyfiyyətlər yoxdur, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini açıqlayarkən Azərbaycanın milli davasına xəyanət edir, qisasçılıq hissi ilə çıxış edərək Azərbaycanın milli bütövlüyünü pozan fikirlər səsləndirir. Buna görə də onun siyasi iddia ilə çıxış etməyə mənəvi haqqı çatmır”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Onun sözlərinə görə, Ə.İnsanovun “boğazına kəfən dolayıb” siyasi meydana atılacağı barədə çıxışları əslində Azərbaycana siyasi terror ənənəsi gətirməyə hesablanıb ki, bu da yolverilməzdir. Onun səsləndirdiyi fikirlərin hamısının cəmi isə o deməkdir ki, Ə.İnsanov ölkənin milli maraqlarına, əldə olunan nailiyyətlərə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşır, həmçinin çıxışlarında yeri gəldi-gəlmədi Qərbin adını çəkməklə, hətta açıq şəkildə qərbyönümlü təşkilat yaradacağını elan etməklə özünə havadar axtarır. Ancaq Qərbdə də dərk edirlər ki, belə radikal mövqedən çıxış edən, rüşvətxorluq və korrupsiyaya görə layiqli cəza alan keçmiş məmurdan siyasətçi düzəltmək olmaz.
Millət vəkili bildirib ki, Ə.İnsanovun açıqlamaları və antimilli mövqeyi Azərbaycanın siyasi gündəminə əsla təsir edə bilməz: “Çünki onun dövlətin icraedici hakimiyyətində yüksək vəzifə tutduğu, nazir vəzifəsində işlədiyi vaxtlardakı fəaliyyəti ilə səhiyyə sahəsini bərbad günə qoyması xalqın yadından çıxmayıb. Eyni zamanda, Ə.İnsanovun korrupsiya və rüşvətxorluqda ittiham olunaraq törətdiyi cinayətlərə görə həbsxanada cəza çəkməsi də xalqa bəllidir. Bütün bunlar Azərbaycan xalqının gözü qarşısında baş verib və bizim cəmiyyətin ictimai yaddaşı əsla qısa deyil. Ona görə də adı ictimai yaddaşda korrupsiya ilə assosiasiya olunan bir şəxsin siyasətə qayıtması mümkün deyil”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

