Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib
15.05.2019 [09:56]
Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Ordubad rayonunu yeni inkişaf mərhələsinə çıxarıb. Qədim Ordubad şəhəri bu gün həm də müasirliyi ilə diqqəti cəlb edir. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri Ulu Öndər Heydər Əliyev ideyalarının bəhrələridir. Yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması Ordubadda məskunlaşmanın və əhali sayının artmasına səbəb olub. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər tikilərək istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 14-də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək deyib ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, aparılan quruculuq işləri Ordubad rayonunu da əhatə edib. Rayonda yaradılan müasir infrastruktur dövlətimizin iqtisadi gücünün daha bir göstəricisinə çevrilib. Bu il rayonun Dəstə kəndində 900 şagird yerlik məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Hazırda Vənənd kəndində yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, Uşaq Musiqi Məktəbi və xidmət mərkəzinin tikintisi davam etdirilir. Bundan başqa, Ordubad şəhərində 28 mənzilli yaşayış binası inşa olunur. Darkənddəki qədim dəyirman bərpa edilir, Anaqut kəndində yeni məscid binası tikilir. Elşad Məmmədov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon əhalisi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət orqanlarının əməkdaşlarını və ictimaiyyət nümayəndələrini təbrik edərək deyib: “Ümummilli Liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik, iqtisadi inkişaf və tərəqqi vardır. Görülən işlər bunu bir daha təsdiq edir. İnsanların həyat səviyyəsi yüksəldilir, iş şəraiti yaxşılaşdırılır. Bu da dövlət orqanlarında qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə imkan verir. Ordubad Rayon İcra Hakimiyyətinin binasında yaradılan şərait də imkan verəcək ki, kollektiv üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin”.
Ali Məclisin Sədri deyib: “Ordubad rayonu bir şəhər, üç qəsəbə və 43 kənddən ibarət olmaqla icra hakimiyyəti tərəfindən idarə olunur. İcra hakimiyyətinin kollektivi rayonun siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində fəaliyyətin normal təşkilini həyata keçirir. Bu tədbirlərin uğurla həyata keçirilməsi üçün müasir iş şəraiti olmalıdır. Ona görə də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən quruldu. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına, dövlət qulluqçularına göstərdiyi qayğının daha bir nümunəsidir. Binada fəaliyyət göstərəcək dövlət qurumlarının əməkdaşları isə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, rayonun inkişafına öz töhfələrini verməlidirlər”.
“Bu ilin mart ayından etibarən Ordubad rayonunun əhalisi 50 min nəfəri ötmüşdür. Ona görə də icra strukturunda dəyişiklik edilmiş, Ordubad Rayon İcra Hakimiyyətinin ştat cədvəlinə birinci müavin və digər ştatlar əlavə edilmiş, kollektivin əməkhaqqısı artırılmışdır”, - deyən Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edib.
Ali Məclisin Sədri Ümummilli Liderimiz Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikrini xatırladaraq deyib: “Ordubad milli dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub yaşadıldığı rayondur. Bu gün Ordubad rayonundakı tarixi abidələr - su dəyirmanları, körpülər, hamamlar bərpa olunur. Bununla yanaşı, rayonun müasir inkişafı da diqqətdə saxlanılır, yeni məktəblər, xəstəxanalar, həkim ambulatoriyaları, yollar, su-kanalizasiya sistemləri qurularaq əhalinin istifadəsinə verilir. Lakin quruculuq işləri aparmaq işin bir tərəfidir. Əsas məsələ onlardan səmərəli istifadə etmək və qorumaqdır. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən 6 dövlət və ictimai təşkilatın kollektivləri də səmərəli fəaliyyət göstərməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.
Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.
Sonra binaya baxış olub.
Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək
Mayın 14-də Ordubad şəhərində dövlət qurumları üçün yeni bina istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi, Ordubad Rayon Qeydiyyat Şöbəsi, ikinci mərtəbədə Ordubad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Ordubad bələdiyyəsi yerləşir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi üçün kompüterlə təmin edilmiş müasir iş otaqları istifadəyə verilib. Fiber-optik xəttin çəkilməsi, sürətli internet və proqram təminatı torpaq və əmlak məsələləri ilə bağlı sənədləşmənin elektron formada aparılmasına imkan verir.
Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Qənbərov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Aparılan abadlıq və quruculuq işləri, tikilən məktəblər, çəkilən yollar, salınan park və xiyabanlar qədim Ordubad şəhərinin simasını xeyli dəyişib. Yeni iş yerləri açılıb, insanların rifahı yaxşılaşıb. Həmçinin şəhərdə yeni içməli su və kanalizasiya sistemləri quraşdırılıb. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin, göstərdiyi qayğının təzahürüdür”.
Ordubad rayon Qeydiyyat Şöbəsinin rəisi Səriyyə Hüseynova fəaliyyəti üçün hərtərəfli şəraitin olduğunu bildirib və minnətdarlıq edib.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, dövlət təşkilatları ilə vətəndaşlar arasında sənəd dövriyyəsinin, xüsusilə də əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin elektron formada qəbulu və cavablandırılması barədə tapşırıqlar verib.
Culfa-Ordubad avtomobil yolunun tikintisi davam etdirilir
Bu gün muxtar respublikada yol təsərrüfatının inkişafına diqqət artırılır. Qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur.
Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunda görülən işlərlə maraqlanıb.
Ali Məclisin Sədri keyfiyyətin əsas götürülməsi, çay yataqlarında selqırıcı bəndlərin tikilməsi, eləcə də kənd yollarının təmirinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41

