Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər

Əli Əhmədov: Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər

15.05.2019 [10:05]

“Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər”.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Əli Əhmədov bildirib ki, bu bəhanələrin sırasında idman yarışları da var: “Bu, birinci dəfə deyil. Azərbaycanda siyasi xarakter daşımayan mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinin üzərinə kölgə salmağa çalışırlar. Bu, ölkəmizin dünyada artan nüfuzunun bilavasitə nəticəsidir. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahatlıq keçirir və çirkin əməllərindən qalmırlar”.
Baş nazirin müavini burada erməni lobbisinin çirkin fəaliyyətini də qeyd edib: “Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər. Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bütün bu kampaniyalar Azərbaycanın müxtəlif tədbirlərin keçirilməsinə ev sahibliyi etməsinə əngəl olmayacaq. Mayın sonunda baş tutacaq idman tədbiri də yüksək səviyyədə keçiriləcək”.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər: “Azərbaycan sabitliyi və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin əhəmiyyəti etiraf edilir və heç bir qarayaxma kampaniyası bunun qarşısını ala bilməyəcək”.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31