/ / Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21.05.2019 [09:54]
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlər hər iki tərəf üçün strateji xarakterli münasibətlərdir. Azərbaycan üçün bu münasibətlərin yüksək səviyyədə qurulması həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Çünki Aİ hazırda dünya siyasətini müəyyənləşdirən, beynəlxalq nizamın keyfiyyətinə mühüm təsir göstərən kollektiv ittifaq olmaqla, həm də hərbi-siyasi baxımdan dünya siyasətində imperativ güc mərkəzlərindən biri kimi çıxış etməyi bacarır. Aİ dünyanın yeni sənaye inqilabının və XXI əsrin innovasiyalar, yeni texnologiyalar mərkəzlərindən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Avropa üçün Azərbaycan yeni alternativ enerji təhlükəsizliyi və mühüm beynəlxalq nəqliyyat-kommunikasiya qovşağıdır. Eyni zamanda, klassik Şərqə və Asiyaya doğru uzanan strateji yolda mühüm geostrateji rayondur. Əgər bütün bunları bir də məskun olduğumuz siyasi coğrafiyanın 2011-ci ildən sonra formalaşmaqda olan yeni hərbi-siyasi reallıqları kontekstində qiymətləndirsək, o zaman bir daha ölkəmizin Avropa İttifaqına üzv dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu görə bilərik.
Hazırkı mürəkkəb beynəlxalq şərtlər və ikili standartlar siyasəti mərhələsində proqnozlaşdırıla bilinən və güvənilən tərəfdaş olmağın çox çətin olduğunu deyən Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan öz tərəfdaşları ilə münasibətdə bunları qorumağı bacarır, öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir. Ona görə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşərkən məhz bu məsələni önə çəkərək Azərbaycanı Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşı adlandırdı. Bu fikir, əslində, tərəflər arasında münasibətlərin keyfiyyət göstəricisi kimi də qiymətləndirilə bilər. Hazırda Aİ ilə Azərbaycan arasında mövcud olan siyasi-iqtisadi münasibətlərin qarşılıqlı dinamizmi əməkdaşlığın daha geniş platformaya transfer olmasını şərtləndirir ki, bu da hər iki tərəfin maraqları çərçivəsindədir. Ona görə də 2018-ci ildə tərəflər arasında gələcək münasibətləri hüquqi müstəvidə tənzimləyəcək yeni çərçivə layihəsi hesab edilə biləcək “Tərəfdaşlıq Prioritetləri” adlı sənəd paraflandı və bu sənəddə bir daha Aİ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etdi. Bu, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunda başlıca strateji məqsəd ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Aİ kimi nüfuzlu beynəlxalq aktorun bu məsələdə dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir. Elə dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara toxunması, Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq Prioritetləri” sənədi, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsinin aparılması bir daha bu tərəfdaşlığın nə qədər əhəmiyyətli olmasından xəbər verir. Qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edən bu münasibətlər perspektivdə də hər iki tərəfə mühüm dividendlər vəd edir.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01

