Əli Kərimli fərqli fikrə qarşı dözümsüzlük nümayiş etdirir
22.05.2019 [09:42]
Öz səhvini etiraf edən insanı “islah olunmuş mühacir” adlandıran AXCP sədri bir daha milli birliyin əleyhinə olduğunu təsdiqlədi
Son illərdə Azərbaycanın yüksəksürətli inkişaf tempi əldə etməsi və yerləşdiyi bölgənin həm iqtisadi, həm də siyasi cəhətdən aparıcı dövlətinə çevrilməsi danılmaz bir həqiqətdir. Ölkəmizin qazandığı uğurlar, eləcə də yerləşdiyi regionun əsas siyasi-iqtisadi aktoru, ən əsası, qlobal miqyaslı layihələrin təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerinin göstəricisidir.
Digər tərəfdən, Azərbaycan dünyada demokratik ənənələrə hörmət göstərən, vətəndaş cəmiyyətinin inkişafını təmin edən, tolerantlıq nümunəsi sayılan ölkə olaraq tanınır. Bu uğurlar, təbii ki, Azərbaycan hökumətinin nail olduğu vətəndaş birliyinin bəhrəsidir. Məhz bu birlik, bu inam Azərbaycan hakimiyyətinin ölkənin daxili və xarici problemlərini həll etməsinə kömək edir. Bu qarşılıqlı inam, səmimiyyət isə hər zaman təqdir edilib.
Lakin Azərbaycanın bu yüksək inkişafı ölkəmizin dostlarını sevindirdiyi halda, düşmənlərini qıcıqlandırır və narahat edir. Xarici ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən radikal müxalifət düşərgəsində cəmləşən siyasi təşkilatlar bu uğurlardan narahat olur, ölkəmizdəki milli birliyə xələl gətirmək üçün bütün yollara baş vururlar. Məsələn, AXCP sədri Əli Kərimli ölkədə mövcud olan dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsindən ciddi narahatlıq keçirir. Bunun nəticəsidir ki, son dövrlərdə sosial şəbəkələrdə müzakirə olunan “mühacirlərə açılım məsələsi” gündəmə gələn kimi o əks fəaliyyətə keçib. Bu şəxs özlərini “mühacir” adlandıran insanların qayıdıb gəlmələrindən, yumşalmalarından, tənqidçilərin sayının azalmasından və özünün tək qalmasından qorxur. Vurğulayaq ki, bir müddət öncə xaricdə yaşayan və vaxtilə radikal mövqeyi ilə seçilən bir şəxsin öz səhvlərini etiraf etməsi radikal düşərgədə geniş müzakirə olundu və başda Ə.Kərimli olmaqla radikal ünsürlər həmin şəxsi hədəfə alaraq təhqirlər yağdırdılar. Ümumiyyətlə, qeyd olunmalıdır ki, bəzi insanların öz səhvlərini anlamaları, etiraf etmələri və üzr istəmələri yaxşı bir tendensiyanın başlanğıcıdır. Amma görünür, Əli Kərimlinin əməlləri bu məqsədlərə hesablanmayıb və bu səbəbdən də onun fəaliyyəti Azərbaycanda qarşıdurma yaratmaq istəyən anti-azərbaycançı qüvvələrin fəaliyyətləri ilə üst-üstə düşür. Səhvini etiraf etmiş insanı hədəfə almaq, onu “islah edilmiş” adlandırmaq Əli Kərimlinin bir daha hansı mədəniyyətə və siyasi simaya malik olduğunu göstərir. O, “islah olunmuş mühacir” deyəndə Emin Millinin bostanına daş atır. Amma unudur ki, az müddət öncə Emin Millini özünün ən yaxın adamı kimi qələmə verirdi.
Digər tərəfdən, Ə.Kərimlinin ermənipərəst mərkəzlərin yaxın köməyi və dəstəyi ilə qondarma “mühacir”, qondarma “siyasi məhbus” məsələlərini özünün siyasi alver predmetinə çevirməsi də heç kimə sirr deyil. Bu adam cinayət törədən şəxslərin əməllərini, onların cinayət motivlərini belə heçə sayaraq ürəyi istədiyi, pulunu aldığı şəxsləri özünün “siyasi məhbus siyahısı”na salmaqla məşğuldur. Necə deyərlər, bu adamda nifrət hissi o qədər bürüyüb ki, məşhur qatil Çikatilo dirilib hakimiyyəti tənqid etsə, onu da siyasi məhbus elan edər. Bu faktın özü də Əli Kərimlinin artıq siyasi etikanın bütün mümkün sədlərini aşdığını və özünü manyak kimi apardığını göstərir.
Bəli, Ə.Kərimli bir daha özünün siyasi etikadan kənar, həmçinin fərqli fikirlərə qarşı dözümsüz olduğunu sübuta yetirdi. Hakimiyyəti siyasi dözümsüzlükdə ittiham edən Əli Kərimli niyə özünə sual vermir ki, onun ətrafında nə üçün bir nəfər fərqli düşünən insan yoxdur. Bəlkə, onları Ə.Kərimli yanında saxlamayıb? Bəli, AXCP-də fərqli düşünən insanların hamısı məhz Ə.Kərimli tərəfindən partiyadan didərgin salınıb. Ona görə də Elçibəyin dövründə olan AXCP funksionerlərindən heç biri onun yanında qalmayıb. Bu boşluğu isə reneqatlar, heç bir əxlaqı olmayan ünsürlər və zombilər doldurublar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

