Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır
21.06.2019 [09:53]
İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Xalq Məclisinin Sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin dərin köklərinin olduğunu deyib. Sədr qeyd edib ki, hələ Sovet İttifaqının dağılmasına qədər iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində sıx əlaqələr qurulmuşdu. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Siyasi əlaqələrin inkişafında dövlət başçılarımızın və onların qarşılıqlı səfərlərinin mühüm rolu var. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Ticarət dövriyyəsini daha da artırmaq üçün geniş potensial mövcuddur.
Sədr bildirib ki, bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir. Bolqarıstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Azərbaycan Bolqarıstan vasitəsilə Avropaya enerji daşıyıcıları təchizatı ilə bağlı layihələri inkişaf etdirmək niyyətindədir.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən xanım Tsveta Karayançeva iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Söhbət zamanı təhsil, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığı yüksək qiymətləndirilib, parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, hər iki ölkənin səfirləri Nərgiz Qurbanova, Nikolay Yankov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12

