/ / “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans xarici mətbuatda geniş işıqlandırılıb
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans xarici mətbuatda geniş işıqlandırılıb
25.06.2019 [09:56]
İyunun 19-da Vyanada keçirilmiş “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfrans Mərkəzi Avropa ölkələrinin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Avstriya, Almaniya və İsveçrənin aparıcı mətbu orqanları və internet portalları dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunmuş bu mühüm tədbiri geniş işıqlandırıblar. Avstriyanın APA agentliyi, “Die Presse” və “Der Standard” gündəlik qəzetləri, Almaniyanın “Der Tagesspiegel” və “Focus online” portalları, www.pr-board.de, www.finanzen.net saytları, İsveçrənin www.presseportal.ch saytı Vyana beynəlxalq konfransın gedişatı, əhəmiyyəti və qəbul olunmuş Yekun Bəyannamənin mahiyyəti barədə məqalələr dərc ediblər.
Məqalələrdə konfransın Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutduğu qeyd edilib. Bildirilib ki, nüfuzlu beynəlxalq konfransda Avstriya və dünyanın 30-dan çox ölkəsindən hökumət, parlament üzvləri, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, iqtisadi dairələrin, dini konfessiyaların təmsilçiləri, eləcə də Vyanada akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətinin tərkibində hökumət və parlament təmsilçiləri, elm və din xadimləri yer alıblar.
Həmçinin qeyd edilib ki, beynəlxalq konfransın təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunub. Müraciətdə Vyana beynəlxalq konfransında aparılan müzakirələrin və verilən konstruktiv təkliflərin dünyada dinlərarası dialoqun təbliğinə, mədəniyyətlərarası harmoniyanın güclənməsinə, sülhə və qarşılıqlı anlaşmaya töhfələr verəcəyinə əminlik ifadə olunub.
Diqqətə çatdırılıb ki, tədbirdə, həmçinin BMT Baş katibinin müavinləri Migel Angel Moratinos və Rəşid Xalikov çıxış ediblər. Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda milli və bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə böyük önəm verildiyini, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın dövlət səviyyəsində dəstəkləndiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini diqqətə çatdıraraq, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinin vacibliyini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsinin və ATƏT-in Minsk qrupunun öz səylərini artırmasının zəruriliyini vurğulayıb. Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolunu və multikulturalizm dəyərlərini əks etdirən “Bəşəri çağırış” filmi nümayiş etdirilib.
Vurğulanır ki, tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları yekun sənəd - Vyana Bəyannaməsi qəbul ediblər. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

