Nikol Paşinyanın bəyanatı danışıqlar prosesinə ciddi zərbədir
31.08.2019 [09:46]
Ekspertlər hesab edirlər ki, bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidirlər
Məlum olduğu kimi, işğalçı Ermənistan Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə hər zaman zərbə vurmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndiyə qanunsuz səfəri zamanı “Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını göstərir. Bundan əvvəl isə Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdilər. Bütün bunlar Ermənistanın işğalçı mahiyyətini aydın şəkildə təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı. N.Paşinyan və Ermənistanın digər yüksəkvəzifəli şəxslərinin məlum bəyanatları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur. S.Fətəliyeva bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həllindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır: “Paşinyanın bəyanatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidirlər”.
Deputat qeyd edib ki, N.Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar müharibəyə təhrikdir. Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.
“Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir”, - deyə S.Fətəliyeva vurğulayıb.
“Ermənistanın baş naziri Nikol Paşinyan davranışları və sərsəm bəyanatları ilə özünü gülünc vəziyyətə salır. Bununla o, qeyri-ciddi siyasətçi və naşı dövlət rəhbəri olduğunu hər gün bir daha nümayiş etdirir”. Bu fikirləri isə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, N.Paşinyan hələ də mitinq, küçə eyforiyası və düşüncəsi ilə hərəkət edərək siyasət və dövlət adamı olduğunu anlaya bilmir. Onun sözlərinə görə, hər zaman bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verən baş nazir tamamilə özünü itirib: “O, pafoslu, reallıqdan uzaq vədlərlə hakimiyyətə yiyələndiyi Ermənistanda əhaliyə verdiyi vədləri yerinə yetirə bilmədikcə və bunun nəticəsi olaraq vəziyyəti gündən-günə çətinləşdikcə ağılsız bəyanatlar verməyə məcbur olur. Düşdüyü vəziyyətdən çıxmaq, itirdiyi nüfuzunu bərpa etmək üçün özündən əvvəlki Ermənistan rəhbərlərinin - koçaryanların, sarkisyanların belə ağlına gəlməyən ən avantürist bəyanatları səsləndirir və həm özünü, həm də ölkəsini uçuruma doğru aparır. Onun “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları münaqişənin sülh yolu ilə həlli prosesinə maneə yaradır. Gah deyir ki, münaqişənin Ermənistana aidiyyəti yoxdur, bu problem Azərbaycanla Qarabağ erməniləri arasındadır, gah deyir ki, format dəyişikliyi olmalıdır, Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir, gah da deyir ki, Qarabağ Ermənistanındır, Ermənistana birləşdirilməlidir və sair. Çox təəssüf ki, Paşinyanın bu cür təxribatçı bəyanatları və addımları ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qulaqardına vurulur. Bütün bunlar, təbii ki, işğaldan əziyyət çəkən Azərbaycan xalqında haqlı olaraq ciddi narazılıqlar yaradır. Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçı, təxribatçı siyasətinə son qoyulmasını, Minsk qrupunun həmsədrlərinin sözdən işə keçərək Ermənistanın sülhə məcbur edilməsini bir tələb kimi qarşıya qoyur. Biz haqqımızı tələb edirik. Heç kəsdən heç nə istəmirik. Dünya ictimaiyyəti, xüsusilə beynəlxalq təşkilatlar Ermənistana öz yerini göstərməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edilməlidir”.
Millət vəkili qeyd edib ki, əgər Ermənistan rəhbərliyinin, Paşinyanın bir balaca düşünmək qabiliyyəti olsaydı, özünü də, xalqını da, dövlətini də uçuruma aparmazdı: “Onlar birdəfəlik bilməlidirlər ki, Qarabağ Azərbaycanındır. Kimsə bu gerçəkliyi dəyişdirə bilməz”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

