Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Latviyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

Latviyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

05.09.2019 [09:25]

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Daynis Qarançs ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Daynis Qarançs Latviya Respublikasının Xarici İşlər naziri Edqar Rinkeviçsin salamlarını Elmar Məmmədyarova çatdırıb. Nazir Elmar Məmmədyarov öz növbəsində David Qarançsı səfir təyin olunması münasibətilə təbrik edib və salamlarını Latviyalı həmkarına çatdırıb.
Tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Daynis Qarançs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Elmar Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31