/ / Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
21.09.2019 [10:14]
Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurası nümayəndəliyinin açılış mərasimində iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov açılış mərasimindəki çıxışında bildirib ki, Macarıstanın Budapeştdə Türk Şurası nümayəndəliyinin təsis edilməsi barədə öhdəliyi ilk olaraq Baş Nazir Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilmiş 6-cı Zirvə toplantısında səsləndirdiyi və Türk qardaşlığını vurğulayan çox səmimi ismarışlarında irəli sürüldü. Zirvə görüşü zamanı Macarıstanın təşkilatda müşahidəçi statusu əldə etməsi Türk Şurasının genişləndirilməsi baxımından tarixi bir hadisə oldu. Böyük bir etimadla təsdiq edə bilərik ki, müşahidəçi statusunu aldıqdan qısa müddət sonra Macarıstan Türk Şurası və onun üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirdi.
Qeyd olunub ki, Macarıstanla Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlıq geniş spektr üzrə uğurla inkişaf etdirilir. Biz əminik ki, nümayəndəlik, bu əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək üçün bir mərkəz kimi xidmət göstərəcək, habelə Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsinə və Avropa təsisatları və Avropa İttifaqı ilə bağların möhkəmləndirilməsinə imkanlar yaradacaq. Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə daha sıx münasibətlər qurmaq niyyətini təqdirəlayiq hal hesab edirik və bu niyyət özünü bugünkü gündə açıq şəkildə nümayiş etdirir.
“Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvəsi cari il oktyabrın 15-də Bakıda keçiriləcək və bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq. Biz bu toplantını Türk Şurasının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etdiyi üçün xüsusi Zirvə görüşü hesab edirik. Özbəkistanın bu Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü kimi təmsil olunması təşkilatın tarixində növbəti mühüm hadisədir. Biz, həmçinin Macarıstanın Baş Naziri Viktor Orbanı Azərbaycanda görməkdən məmnun olacağıq və bu Baş Nazirin Türk Şurasının zirvə görüşlərində ikinci iştirakı olacaq”, - deyə nazir vurğulayıb.
Elmar Məmmədyarov qeyd edib ki, Budapeştdə nümayəndəliyin açılması Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərəcək, təşkilatın gələcək inkişafına töhfə verəcək və üzv dövlətlər ilə Macarıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsət təqdim edəcək.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

