Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
16.10.2019 [10:05]
Oktyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirin keçirilməsində göstərilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının Soçidə keçirilən plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə Görüşündəki çıxışı ilə Dağlıq Qarabağ məsələsinə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Qeyd olunub ki, bu mövqe hər bir azərbaycanlının mövqeyidir. Dövlətimizin başçısının mötəbər tribunalardan düşmənin işğalçılıq, terrorizmlə bağlı siyasətini kəskin tənqid etdiyi cəsarətli çıxışları ilə hər bir azərbaycanlı qürur duyur.
İclasda çıxış edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Prezident İlham Əliyevin hər iki qətiyyətli bəyanatının Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdiyini diqqətə çatdırıb. O deyib ki, dövlətimizin başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günün uzaqda olmadığına bir mesaj idi. Bayrağımızın tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər torpaqlarımızda dalğalanacağına ürəkdən inandığını deyən icma sədri vurğulayıb ki, hamımız ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bir nəfər kimi səfərbər olmalı, sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyətimizi davam etdirməliyik.
Dinləmələrdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin erməniləri ifşa edən fikirləri hər bir vətəndaşımız üçün əsl örnək və nümunədir. Ermənilərin saxta iddialarla təxribat xarakterli bəyanatlarına həmişə belə kəskin cavablar verilməli, onlar susdurulmalıdır.
Toplantıda deputatlar Asim Mollazadə, Qənirə Paşayeva, Sevinc Fətəliyeva, Flora Qasımova, Elman Məmmədov, Sahib Alıyev, Elman Nəsirov, Bəxtiyar Əliyev, Aqil Abbas, Rasim Musabəyov, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Araz Əlizadə çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.
Qeyd olunub ki, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Dağlıq Qarabağın erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdir.
Sonda komitə sədri Səməd Seyidov dinləmələrə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41

