Naqif Həmzəyev: VII Zirvə görüşü türkdilli dövlətlərin tarixində yeni səhifə açacaq
16.10.2019 [10:06]
Məlum olduğu kimi, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirilib. Zirvə görüşü sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına xidmət etməklə yanaşı, türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını bir daha nümayiş etdirir. Bunu yap.org.az saytına açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın ev sahibliyi ilə Şuranın VII Zirvə görüşünün Bakıda keçirilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş olduğunun sübutudur: “2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının əsas məqsədi türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişlətmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirmək olub. Fəaliyyətə başladığı gündən keçən 10 il ərzində kökü, soyu, dili bir, Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə çatıb, uğurlu nəticələr əldə edilib”.
Millət vəkili bildirib ki, Türk Şurası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi Azərbaycan xarici siyasətinin də prioritet istiqamətlərindəndir: “Siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirilməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm rol oynayan türkdilli dövlətlərin məhz Bakıda bir araya gəlməsi, təbii ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, VII Zirvə görüşü çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni bir səhifə açacaq”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

